Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 6 santimetr azalıb
Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də Lənkəran-Astara bölgəsindən axan Lənkərançayın Sifidor, Viləşçayın Şıxlar məntəqələrində suyun səviyyəsi 3, Təngərüdçayın Vaqo və Böyük Qafqazın ərazisindən axan Qusarçayın Kuzun məntəqələrində 2 santimetr azalıb. Vəlvələçayın Təngəaltı, o cümlədən Kiçik Qafqazın ərazisindən axan Gəncəçayın Zurnabad, Kürəkçayın Toğana məntəqələrində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Zəyəmçayın Ağbaşlar məntəqəsində 3, Şəmkirçayın Qalakənd məntəqəsində isə suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 170 kubmetr/saniyə təşkil edir. Bu da ongünlük normanın 97 faizinə bərabərdir. Hazırda sululuq keçən illə müqayisədə 4 faiz çoxdur.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi saniyədə 27,5 kubmetrə bərabərdir ki, bu da ongünlük normanın 32 faizini təşkil edir. Sululuq keçən illə müqayisədə 2 dəfə azdır.
Kür çayının Surra məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi 92,5 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 21 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 9 faiz çoxdur. Şirvan məntəqəsində suyun səviyyəsi 4 santimetr artaraq 131 santimetr olub, Bankə məntəqəsində suyun səviyyəsi dəyişməyərək 77 santimetr təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]