Küveytin “Əl-Ray” qəzetində ulu öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilmişdir
Bakı, 10 may (AZƏRTAC). Mayın 10-da Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Küveytin ən böyük mətbu orqanı hesab edilən “Əl-Ray” qəzetində səfir Tural Rzayevin geniş məqaləsi dərc olunmuşdur.
Məqalədə ümummilli liderin nəsillərə örnək olan zəngin həyat yolu və fəaliyyəti geniş işıqlandırılmış, müstəqilliyimizin möhkəmləndirilməsi, qorunub saxlanılması, Ermənistanın Azərbaycana təcavüzünün qarşısının alınmasında Heydər Əliyevin oynadığı mühüm rol, həmçinin uğurlu neft strategiyası barədə oxuculara ətraflı məlumat verilmişdir.
Yazıda ulu öndər tərəfindən təməli qoyulmuş daxili və xarici siyasətin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində ölkəmizin inkişafı və artan nüfuzu vurğulanmış, Azərbaycanın İslam və ərəb dövlətləri ilə münasibətlərinin qurulması və inkişafında ulu öndərin böyük rolu xüsusi qeyd olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]