KYOKUŞİNKAY KAYKAN KARATE ÜZRƏ BİRİNCİ DÜNYA ÇEMPİONATI BAŞA ÇATMIŞDIR
Bakı, 28 iyun (AzərtAc). Bakı İdman Sarayında kişilər və qadınlar arasında mütləq kateqoriyada kyokuşinkay kaykan karate üzrə birinci dünya çempionatı başa çatmışdır.
Yarışmada Azərbaycan, İran, Əfqanıstan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Misir, Ukrayna, Norveç, Livan, Pakistan, Şri-Lanka, Monqolustan, Yaponiya, Koreya, Suriya, Çin, Finlandiya, Gürcüstan, Rusiya, İraq, Yunanıstan, Hindistan, Fransa, Böyük Britaniya, Avstriya, Şotlandiya, Almaniya, Polşa, Kolumbiya, Türkiyə, Latviya, Litva, Belarus və İordaniyadan 150-dək idmançı mübarizə aparmışdır.
Ölkəmizin idman şərəfini 8 kişi və 2 qadın idmançı qorumuşdur.
Azərbaycan idmançısı Sokrat Süleymanov kişilərin yarışında dünya çempionu adına layiq görülmüşdür. Gümüş medalı rusiyalı Abdullakip Maqomedov qazanmışdır.
Ölkəmizin idmançıları Murad Tahirov və Xəyyam Həsənov isə bürünc medallara sahib olmuşlar.
Qadınların yarışında ən yaxşı nəticə göstərən Azərbaycan təmsilçisi Xuraman Yusifova fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. O, finalda Rusiya idmançısı Nadejda Yerşovanı məğlub etmişdir.
Üçüncü yeri isə azərbaycanlı Könül Nəzərova və Qırğızıstan təmsilçisi Muruyet Xakimqızı qazanmışlar.
######
![]() |
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]
Azərbaycan Premyer Liqasında VIII tur start götürür
- 16.10.2026 [01:49]
UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib
- 16.10.2026 [01:43]
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]


