REGİONLAR
Laçın Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub
![](/files/galleryphoto/2024/3/1200x630/1733508849557418677_1200x630.jpg)
![](/files/galleryphoto/2024/3/1200x630/17335088495552251892_1200x630.jpg)
![](/files/galleryphoto/2024/3/1200x630/1733508849140145708_1200x630.jpg)
![](/files/galleryphoto/2024/3/1200x630/1733508849179013484_1200x630.jpg)
![](/files/galleryphoto/2024/3/1200x630/17335088494741953509_1200x630.jpg)
Laçın, 6 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə İbadova Nəcibə Akif qızı Laçın Rayon Mərkəzi Xəstəxanasına direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsinə təyin olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru Orxan Cəbrayılov Nəcibə İbadovanı kollektivə təqdim edib. Laçın Rayon Mərkəzi Xəstəxanasının direktor müavini-baş həkimi Nəcibə İbadova indiyə qədər Bakı şəhəri 39 saylı poliklinikanın Uşaq şöbəsinin müdiri vəzifəsində çalışıb. Nəcibə həkimə Laçın rayonunda səhiyyə sisteminin yenidən qurulması işlərində uğurlar arzu edilib.