Laçın-Şuşa yolunda yük maşını aşıb VİDEO
Laçın, 16 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Laçın-Şuşa dolamalarında yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə zamanı avtomobilin qoşqusu aşıb və içərisində olan yük yola dağılıb.
Əraziyə texnikalar cəlb edilərək aşan qoşqu yoldan götürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.