SİYASƏT
Laçın-Xankəndi yolu: Aksiya iştirakçıları Xocalı qurbanlarının xatirəsini anıblar





Şuşa, 26 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Xocalı soyqırımının 31-ci ildönümündə Şuşada bu faciənin günahsız qurbanlarının xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində olduğu kimi, Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Aksiyada iştirak edən ekofəallar və könüllü gənclər bir dəqiqəlik sükut elan ediblər.
Sükut dəqiqəsindən sonra Xocalı faciəsi ilə bağlı şüarlar səsləndirilib.