LAÇINLILAR 20 YANVAR FACİƏSİ QURBANLARININ XATİRƏSİNİ YAD ETMİŞLƏR
Ağcabədi, 20 yanvar (AZƏRTAC). Ağcabədi rayonundakı Taxtakörpü ərazisində məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlər 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etmişlər.
Rayon ictimaiyyətinin nümayəndələri şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət etmişlər.
Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar təşkil edilmiş tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyev 1990-cı il yanvarın 20-də törədilmiş faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən danışmışdır.
Tədbirdə “Azadlıq yolunun 20 Yanvar zirvəsi” mövzusunda məruzə dinlənilmiş, qanlı hadisələrə həsr olunmuş sənədli film nümayiş edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]