Azərbaycan Dövlət İnformasiya Agentliyi

Latın Amerikası Xəbər Agentlikləri Birliyinin saytında “Xocalı - bəşəriyyətə qarşı cinayət” sərlövhəli məqalə yerləşdirilmişdir

Latın Amerikası Xəbər Agentlikləri Birliyinin saytında “Xocalı - bəşəriyyətə qarşı cinayət” sərlövhəli məqalə yerləşdirilmişdir

Bakı, 27 fevral (AZƏRTAC). Latın Amerikası Xəbər Agentlikləri Birliyinin (ULAN) saytında Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin “Xocalı - bəşəriyyətə qarşı cinayət” sərlövhəli məqaləsi yerləşdirilmişdir. Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilmişdir.

Səfir məqalədə Xocalı soyqırımı və onun acı nəticələri, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası, beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi sənədlər, habelə problemin həllinə dair danışıqların hazırkı vəziyyəti haqqında məlumat verir.

Müəllif yazır ki, bəşəriyyət tarixində baş vermiş ən qəddar qətliamlardan biri olan və Xocalı soyqırımı adı ilə tanınan faciə 22 il əvvəl Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilmişdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının köməyi ilə misli görünməmiş vəhşiliklər törədərək Xocalını işğal etmiş və yüzlərlə dinc azərbaycanlını məhv etmişlər. Bu faciə nəticəsində 103 qadın və 63 uşaq daxil olmaqla 613 günahsız və silahsız insan həlak olmuşdur. Onların arasında 56 nəfəri xüsusi amansızlıqla qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmiş, 1275 nəfər əsir götürülmüş, sonradan onların böyük əksəriyyətinin azad edilməsinə baxmayaraq, 150 insanın taleyi bu günədək naməlumdur.

Diqqətə çatdırılır ki, Xocalı soyqırımı Ermənistan tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin ilhaqı məqsədilə başlanan münaqişə zəminində baş vermiş təsadüfi bir hadisə deyil, məqsədli şəkildə törədilmiş kütləvi qətl hadisəsi idi. Xocalı Ermənistan hərbi təcavüzünün zirvə nöqtəsi idi. Bu təcavüz nəticəsində Dağlıq Qarabağ və ona bitişik 7 rayon daxil olmaqla, ümumilikdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi işğal edilmişdir və etnik təmizləmə nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir.

Qeyd edilir ki, Ermənistan rəhbərliyinin Xocalıda baş vermiş və münaqişə dövründə həyata keçirilmiş digər cinayətlərə görə cavabdehlikdən imtina etməsinə baxmayaraq, qəddarlıqla həyata keçirilmiş bu hadisələr çoxsaylı müstəqil mənbələr və hadisə şahidləri tərəfindən sənədləşdirilmişdir. “Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabında Tomas de Vaal Xocalı qətliamının səbəblərini etiraf edən Ermənistan Respublikasının hazırkı prezidenti Serj Sarkisyandan sitat gətirir: “Xocalıdan öncə azərbaycanlılar düşünürdülər ki, ermənilər dinc əhaliyə əl qaldırmağa qadir olmayan insanlardır. Biz bu stereotipi dağıtmağa nail olduq. Bu da baş verdi”. Human Rigths Watch təşkilatı öz hesabatında Xocalı hadisələrini “Ermənistan-Azərbaycan münaqişəsi boyunca bu günədək baş vermiş ən böyük qətliam” kimi təsvir etmişdir.

Diqqətə çatdırılır ki, dünya birliyini bu faciə barədə məlumatlandırmaq məqsədilə 2008-ci ildən etibarən aparılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası geniş əks-səda doğurmuşdur. Xocalı hadisələri də daxil olmaqla Ermənistan tərəfindən azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş digər cinayətlər beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalı və onlara lazımi siyasi-hüquqi qiymət verilməlidir. Çünki cəzasız qalan cinayətlər yeni cinayətlərə yol açır. Bu məqsədlə əvvəlcə Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. Ermənistanın təcavüzü 20 ildən artıq davam etdirməsinə və Azərbaycan ərazilərinin işğal altında olmasına baxmayaraq, rəsmi Bakı münaqişənin sülh yolu ilə həll olunması üçün cəhdlərini davam etdirir. Əfsuslar olsun ki, Ermənistanın məqsədi münaqişə ilə bağlı hazırkı status-kvonu saxlamaqdır və bu ölkənin bu cür destruktiv mövqeyinin nəticəsidir ki, münaqişə hələ də öz həllini tapmamışdır. Erməni hərbi qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmalarının təmin olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Məclisinin 2008-ci il 62/243 saylı qətnaməsi, ATƏT, Avropa Şurasının Parlament Asambleyası, Avropa Parlamenti və digər beynəlxalq təşkilatların sənədləri Ermənistan tərəfindən icra edilmir.

Bildirilir ki, münaqişə ilə bağlı hazırkı status-kvo nəinki yalnız regionda sülh və təhlükəsizliyə təhdid yaradır, həmçinin Ermənistandakı ağır sosial-iqtisadi vəziyyəti daha da çətinləşdirir. Azərbaycan güclü iqtisadiyyata malik olmaqla regional inteqrasiya və əməkdaşlığın əsas iştirakçısı, Avropa ilə Xəzər hövzəsini birləşdirən beynəlxalq əhəmiyyətli enerji və infrastruktur layihələrinin müəllifidir. Münaqişənin həlli nəinki regiona sülh gətirəcək, həmçinin Ermənistanı da regional əməkdaşlığa cəlb edəcək və bu ölkənin çətin sosial-iqtisadi problemlərinin həllinə yardım edəcəkdir. Əgər Ermənistan rəhbərliyi həqiqətən də münaqişənin həllində, regionda sülhün bərqərar olmasında və əhalisinin firavan gələcəyinin təmin edilməsində maraqlıdırsa, bunun üçün konstruktivlik nümayiş etdirməli, beynəlxalq hüquqa hörmət etməli və yuxarıda sadalanan beynəlxalq təşkilatların tələblərini yerinə yetirməlidir.

Qeyd edək ki, ULAN dünyanın aparıcı regional xəbər agentlikləri birliklərindən biridir və bu qurumun tərkibinə Argentinanın “TELAM”, Boliviyanın “ABI”, Braziliyanın “AGENCIA BRASIL”, Kubanın “PRENSA LATINA”, Ekvadorun “ANDES”, Quatemalanın “AGN”, Meksikanın “NOTIMEX”, Paraqvayın “IP” və Venesuelanın “AVN” milli xəbər agentlikləri daxildir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Türkiyədəki Beynəlxalq Astronavtika Konqresində geniş təmsil olunur

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirə başlayıb

Ramin Rzayev: Azərbaycan qadınları tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynayıb

Gülnar Rzayeva: Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil

AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək

Beynəlxalq Müəllimlər Günü münasibətilə akademik Cəlal Əliyevin məzarı ziyarət edilib

Müharibənin izləri: “Naxçıvan Qaziləri” İctimai Birliyinin Şəhidlər guşəsindən REPORTAJ

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb

“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir

Tarix müəllimi: Şagirdlərə keçmişlə bu gün arasındakı əlaqəni göstəririk

İspaniyada növbədənkənar parlament seçkiləri noyabrın 29-da keçiriləcək

Ulu Öndər Heydər Əliyevin siyasi irsi və tarixi zəfərə aparan yol – ŞƏRH

“Fars” agentliyi”: Sistan-Bəlucistan əyalətində İranın iki polis zabiti öldürülüb

Bir sıra qanunlarda dəyişiklik edilir

Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir

Mütəxəssis: Qripdən sonra bakterial pnevmoniya inkişaf edə bilər

Nazir: Milli kimliyin və dəyərlərin qorunmasında hər bir təhsil işçisinin öz payı var

“Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfrans

Gələn il Aİ və Norveçdə paylama şəbəkələrinə investisiyaların 48 milyard avroya çatacağı gözlənilir

Emin Əmrullayev: Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilmərik

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir

Çin alimləri 8 min ildən çox əvvəl yaşamış insanın üz cizgilərini bərpa ediblər

“E-müqavilə” altsistemində satınalma müqavilələri üzrə icra təminatının elektron təqdim edilməsi imkanı yaradılıb

Yuxarı Fransa regionu kiberhücuma məruz qalıb

Professor Elşad Qurbanov: Mən tələbələrimdən çox şey öyrənmişəm

Emin Əmrullayev: İbtidai təhsildə əsaslı dəyişiklik olmadan sonrakı mərhələlərdə ciddi irəliləyiş çətindir

COVID-19-a qarşı yaranan immunitet digər yarasa koronaviruslarından qorunmağa kömək edə bilər – ARAŞDIRMA

İqtisadi müstəqillik Azərbaycanın dövlət suverenliyinin mühüm dayağıdır - ŞƏRH

Azərbaycanla Kanada arasında qurulan körpülər: Torontodakı “Azərbaycan Evi”nin rəhbəri ilə MÜSAHİBƏ

® Qlobal “IE Biznes Məktəbi” ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirib

Yeni qanunla kimlər pulsuz hüquqi yardım ala biləcək? - LAYİHƏ

“Etender.gov.az” portalında sənədlərin “SİMA İmza” ilə imzalanması imkanı yaradılıb

Nazir: Məktəbəqədər təhsilə cəlb olunan uşaqların nəticələri daha yüksəkdir

Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb

Professor Tarix Dostiyev: Universitetdə uğurlu tədris elmi-tədqiqatla təhsildə keyfiyyətin vəhdətini tələb edir

Daşkəndin yeni aeroportu Özbəkistanın inkişafının rəmzi olacaq

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb

Aktau limanında Orta Dəhliz üzrə daşımaların 30 faizədək artırılması gözlənilir

Emin Əmrullayev: Məktəbdə ən vacib müzakirə mövzusu şagirdin öyrənib-öyrənməməsi olmalıdır

Akademik İradə Hüseynova: Müəllimin ən böyük mükafatı onun tələbəsinin uğurudur

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq

Nazir: Təhsilin əlçatan, keyfiyyətli olması və hər bir vətəndaş üçün bərabər imkanlar yaratması əsas hədəflərimizdəndir

Konqoda Ebola virusuna yoluxanların sayı 8376-ya çatıb

ABŞ Britaniyadakı hərbi bazadan bombardmançı təyyarələrini çıxarıb

Son iki gündə 60 cinayətin açılması təmin olunub

Adilə Əliyeva: Təhsildə innovativ yanaşmaların tətbiqi xüsusi əhəmiyyət daşıyır

Fransanın iqtisadiyyat naziri 2027-ci il büdcəsində şirkətlər üçün 10 milyard avroluq yük nəzərdə tutur

Bəxtiyar Aslanbəyli: AÇG üzrə indiyədək bütövlükdə 47 milyard dollar əsaslı investisiyalar qoyulub – EKSKLÜZİV VİDEO

Bəxtiyar Aslanbəyli: AÇG üzrə indiyədək bütövlükdə 47 milyard dollar əsaslı investisiyalar qoyulub – EKSKLÜZİV VİDEO

Rektor: Gələcəyin təhsil sistemi texnoloji baxımdan müasir olmalı, eyni zamanda, humanist mahiyyətini qorumalıdır

Səudiyyə Ərəbistanı və BƏƏ Asiya ölkələrinin neft ehtiyatlarını artırmalarına dəstək olacaq

® “PAŞA Holding” fermerlərin imkanlarının genişləndirilməsinə dəstəyini davam etdirir

BMT-nin Ümumdünya Kosmos Həftəsi keçirilir

Fransada şagirdlərin etirazları davam edir: bir çox məktəblərdə dərslər dayandırılıb

J.F.Əliyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

III Beynəlxalq Xankəndi Ultramarafonunda 5 ölkədən 100 atletin iştirakı gözlənilir

Elçin Babayev: Təhsil müəssisəsi yalnız məlumat verməməli, ilk növbədə, düşünməyi öyrətməlidir

Müəllim: İbtidai sinif möhkəm təməlin formalaşdığı mərhələdir VİDEO

Müəllim: İbtidai sinif möhkəm təməlin formalaşdığı mərhələdir VİDEO

Ağstafada 2 qardaşa kəsici-deşici alətlə xəsarət yetirilib VİDEO

Ağstafada 2 qardaşa kəsici-deşici alətlə xəsarət yetirilib VİDEO

İraq onilliklər ərzində ilk dəfə Hörmüzdən neft daşıyıb

İdeologiya ətrafında birləşməyən cəmiyyəti parçalamaq, itaətdə saxlamaq asan olur - ŞƏRH

Kosmosdan dinc məqsədlərlə istifadə haqqında Antalya Bəyannaməsini 21 ölkə təsdiqləyib

“Biləv” SES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

Sumqayıt və Abşeron sakinlərinin istilik təchizatı ilə bağlı müraciətləri dinləniləcək

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

“İMZA” fəaliyyət istiqamətlərini genişləndirir

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

NİİM: Bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb

Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

Bu gün Beynəlxalq Həkimlər Günüdür

Xətai rayonunun bəzi hissələrində qaz təchizatında fasilə yaranacaq

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Azərbaycan Dövlət Pantomim Teatrı V Şəki Beynəlxalq Teatr Festivalının səhnəsində

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Cənubi Koreyada balıqçı gəmisi çevrilib, itkin düşənlər var

Bu gündən “Nobel həftəsi” başlayır

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq