DÜNYA
Latviya Prezidenti “Biz Latviyayıq” layihəsinin iştirakçıları ilə görüşüb
Riqa, 14 iyun, AZƏRTAC
Latviyanın Prezidenti Raymond Veyonis respublikanın 100 illiyi münasibətilə Riqa sarayında təşkil olunmuş “Biz Latviyayıq” layihəsinin iştirakçıları ilə görüşdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Prezident Raymond Veyonis bildirib ki, Latviyada yaşayan xalqların müxtəlifliyi onun sərvətidir və onlar ölkənin gələcəyində vacib rol oynayırlar.
Latviyada yaşayan digər xalqları özündə birləşdirən layihə Dövlət Katibliyi və Milli Azlıqların Məsləhət Şurası tərəfindən həyata keçirilir. Layihə çərçivəsində ölkənin jurnallarında 20-dən çox xalqın Latviyada yaşayan maraqlı simaları barədə məqalələr latış oxuculara təqdim olunub. Bunların arasında Azərbaycan, Belarus, rus, yəhudi, polyak, gürcü, eston, Litva və alman mənşəli insanlar var.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]