LATVİYANIN “PETİT” NƏŞRİYYAT EVİNİN PREZİDENTİ ALEKSEY ŞEYNİNİN ÇIXIŞI
Hörmətli Mehriban xanım!
Çox hörmətli İlham Heydəroviç!
Şübhəsiz ki, mən ev sahiblərinin ünvanına deyilmiş bütün səmimi sözlərə qoşulmaq istəyirəm. Biz Azərbaycandan nə neft, nə də torpaq aparmayacağıq, biz xeyirxahlıq toxumları, qəlblərin bir hissəsini, bizi bu torpaqda səmimiyyətlə qəbul edən qəlblərin hərarətini aparacağıq.
Eyni zamanda, mən bizi bu qonaqpərvər torpaqda toplayan Ümumdünya Rus Mətbuatı Assosiasiyası barədə bir neçə söz demək istəyirəm. Assosiasiyamız təkcə peşəkarlar konqresi, rus diasporunda, dünyada özünün varlığını getdikcə daha bariz şəkildə bildirən beynəlxalq miqyaslı peşəkar təşkilat deyildir. Təşkilatımızın peşə tərkibini təşkil edən, bizim ehtiram bəslədiyimiz və öyrəndiyimiz, hər konqresdən sonra bizə çox şey verən bu amillə yanaşı, ÜRMA müəyyən mənada bir ailəyə çevrilmişdir. Budur, biz, ailə, olduqca qonaqpərvər bir torpaqdayıq. Biz, mehriban, yaxşı bir ailə kimi bu xeyirxah torpaqda özümüzü yaxşı hiss edirik. Mən sizə ÜRMA-nın rəmzini xatırlatmaq istəyirəm - açıq ovuc. Bu, uzadılmış əl deyil, bu, inamla açılmış, bizi, ailəni bəlalardan və hücumlardan hifz edən ovucdur. Mən sizə kiçik, fərdi bir misal çəkmək istəyirəm. Riqada bizim bir əməkdaşımız yaşayırdı, riqalı idi. ÜRMA-nın sayəsində Moskvada bir qızla görüşmüş və evlənmişdi. Hazırda onlar Kiprdə yaşayırlar. Bu gün onlar həmin ölkəni təmsil edirlər. Beləliklə, ÜRMA-nın əlini nişan üzüyü bəzəyir. Mən sizin hamınıza çoxlu peşə qələbələri və çoxlu ailə mərasimləri arzulayıram. Əziz dostar, əgər toy edəcəksinizsə, bizi çağırmağı unutmayın!