LƏNKƏRAN ÇAYININ ƏVVƏLKİ ŞÖHRƏTİ QAYTARILIR
Bakı, 13 yanvar (AZƏRTAC). Lənkəran çayının əvvəlki şöhrətini özünə qaytarmaq üçün ciddi tədbirlər görülür.
Kənd Təsərrüfatı Nazirliyindən bildirmişlər ki, ərzaq təhlükəsizliyi proqramı çərçivəsində həyata keçirilən layihələr çayçılığın inkişafına da öz təsirini göstərəcəkdir. Vaxtilə Lənkəranda çay bitkisi 65 faiz rentabelliklə becərilirdi. Ölkə ərazisində mövcud olan 13 min hektar çay plantasiyasının yarıdan çoxu bu rayonun payına düşürdü. Burada 17 min ton yaşıl çay yarpağı tədarük olunurdu. Həmin yarpaqdan 4 min 500 ton quru çay istehsal edilirdi. Lənkəran çayı dəfələrlə beynəlxalq festivallarda qızıl medallara layiq görülmüşdür.
Lənkəranda çayçılıq ənənələri bu gün də yaşayır. Çindən, İrandan və Gürcüstandan gətirilmiş sortlar artırılaraq yeni sahələrə köçürülmüşdür. Yeri gəlmişkən, 2015-ci ilə qədər dövlət vəsaiti hesabına 2 min hektar yeni çay sahələrinin salınması nəzərdə tutulur.
Qeyd edək ki, sahənin dirçəldilməsi ayrı-ayrı təsərrüfat sahiblərindən asılı deyildir. Mütəxəssislərin fikrincə, çayçılığın inkişafı üçün aydın mexanizm işlənib hazırlanmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]