LƏNKƏRANDA 20 YANVAR ŞƏHİDLƏRİNİN AİLƏ ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Lənkəran, 19 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin 20 illiyi ilə əlaqədar Lənkəran Şəhər İcra Hakimiyyətində qanlı qırğın zamanı şəhid olmuş lənkəranlıların ailə üzvləri ilə görüş keçirilmişdir.
Tədbirdə çıxış edən Lənkəran şəhər İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov 20 Yanvar faciəsinin istimai-siyasi kökləri, həmin dövrdə ayağa qalxmış xalqın azadlıq mübarizəsinin tarixi əhəmiyyəti barədə görüş iştirakçılarına məlumat vermiş, ölkəmizdə şəhid ailələrinə, əlillərə və müharibə veteranlarına göstərilən dövlət qayğısından danışmışdır.
Görüşdə çıxış edən 20 Yanvar şəhidlərinin ailə üzvləri tariximizin qan yaddaşına çevrilən 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin xalqımız tərəfindən həmişə böyük ehtiramla yad edildiyini diqqətə çatdırmış, şəhid ailələrinə göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda şəhid ailələrinə ərzaq və maliyyə yardımları edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]