Lənkəranda baş verən qəzada sürücü xəsarət alıb
Lənkəran, 22 iyun, İlkin Adıyev, AZƏRTAC
Lənkəranda yük və minik avtomobilləri toqquşub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının 207-ci kilometrliyində, Lənkəran rayonunun Gərmətük qəsəbə ərazisində qeydə alınıb.
Hərəkətdə olan “Ford” markalı yük avtomobili “Vaz-2104”lə toqquşub. Qəza nəticəsində "Vaz-2104" markalı avtomobilin sürücüsü - Lənkəran rayonunun Gərmətük qəsəbə sakini 1976-cı il təvəllüdlü Natiq Mirzəbaba oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Həkimlər yaralının vəziyyətini orta-ağır qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.