Lənkəranda şəhidin xatirəsinə həsr olunan turnir keçirilib
Lənkəran, 25 aprel, İlkin Adıyev, AZƏRTAC
Lənkəran Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə uşaq və yeniyetmələr arasında şəhid Əhədzadə Xəyal Əlövsət oğlunun xatirəsinə həsr olunan Lənkəran rayon açıq turniri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılışda əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Yarış 2009-2011-ci illər və 2012-2014-cü illər təvəllüdlü uşaq və yeniyetmələr arasında keçirilib.
Açılış mərasimindən sonra yarışda Bakı və Gəncə şəhərlərindən, Şamaxı, Cəbrayıl, Astara, Masallı, Biləsuvar, Cəlilabad və Lənkəran rayonlarından 300 idmançı qüvvəsini sınayıb. II və III yerləri tutan idmançılara diplom, I yeri tutan idmançılara isə diplom və kubok təqdim olunub.