REGİONLAR
Lerikdə məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər müzakirə olunub
Bakı, 4 noyabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lerik Rayon İcra Hakimiyyəti və şəhid Sabir Əliyev adına Monidigah kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda tədbir keçirilib.
AZƏRTAC Dövlət Komitəsinin saytına istinadla xəbər verir ki, tədbirdə çıxış edənlər ölkəmizdə uşaqların hərtərəfli inkişafı və keyfiyyətli təhsil almaları üçün şəraitin yaradıldığını vurğulayıblar. Onların milli-mənəvi dəyərlər və azərbaycançılıq ruhunda tərbiyə edilməsi, vətənpərvər gənclər kimi formalaşmalarının əhəmiyyəti qeyd edilib. Natiqlər məktəblilərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyini bildirərək bu istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən danışıblar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.