DÜNYA
Levon Ter-Petrosyan:” Hazırkı hakimiyyət öz ölkəsində soyqırımı həyata keçirir”
Bakı, 21 aprel (AZƏRTAC). Erməni Milli Konqresinin (EMK) lideri, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan demişdir: “Koçaryan-Serj rejiminin idarəçiliyinin nəticəsi Ermənistandan 1 milyon adamın mühacirətinə səbəb olmuşdur”.
L.Ter-Petrosyan vurğulamışdır: “Dünyadan “erməni soyqırımı”nı tanımağı tələb edən insanlar öz ölkələrində soyqırımı həyata keçirilər. Xahiş edirəm diqqət yetirəsiniz ki, bunu mən yox, Serj Sarksyanın təyin etdiyi fövqəladə və səlahiyyətli səfir Şarl Aznavur demişdir”.
Rejimin fəaliyyətinin mühacirlikdən başqa daha bir nəticəsi korrupsiyadır. Onun sözlərinə görə, Ermənistanda kölgə iqtisadiyyatı ilə bağlı müxtəlif beynəlxalq tədqiqatlar aparılmışdır. Bu tədqiqatların nəticələrinə görə, kölgə iqtisadiyyatın səviyyəsi ölkə iqtisadiyyatının üçdə iki hissəsini təşkil edir.
Ermənistanın hazırkı hakimiyyətinin daha bir cinayəti ölkə vətəndaşlarının müdafiəsiz qalmasıdır. Onun sözlərinə görə, problemlər yarandıqda, insanlar polisə və ya məhkəməyə müraciət etməkdən çəkinirlər.
L.Ter-Petrosyan vurğulamışdır ki, polis və məhkəmə bilavasitə cinayətkarla sövdələşir və onlara müraciət edən vətəndaşı təqsirkar sayırlar.
EMK-nın lideri orduda əsgərlərin müdafiəsiz olmasında danışaraq demişdir ki, hazırda əsgərlər işgəncələrə məruz qalır və intihar dərəcəsinə çatdırırlar.