Azərbaycan Dövlət İnformasiya Agentliyi

Leyla Əliyeva Rusiya ilə əməkdaşlıq, ekologiya və tolerantlıq haqqında

Moskva, 23 aprel (AZƏRTAC). Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT Radiosunun Rus Xidmətinə eksklüziv müsahibəsində Heydər Əliyev Fondunun Azərbaycanda və Rusiyada fəaliyyəti barədə danışmışdır.

BMT Radiosu qeyd edir ki, Baş Məclisin nümayəndələri bu yaxınlarda ölkələr, təşkilatlar və ayrı-ayrı şəxslər arasında qlobal tərəfdaşlıq məsələlərini müzakirə etmişlər. BMT-də belə hesab edirlər ki, əməkdaşlığın möhkəmlənməsi dünya birliyinin inkişaf sahəsində məqsədlərə birgə nail olmasına kömək edəcəkdir.

Tərəfdaşlığın necə səmərə verməsini nümayiş etdirən nümunələrdən biri 2004-cü ildə yaradılmış Heydər Əliyev Fondunun fəaliyyətidir. Bu Fond Azərbaycanla yanaşı, Rusiya və bir sıra başqa ölkələrdə də fəaliyyət göstərir.

AZƏRTAC Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın BMT Radiosuna müsahibəsini təqdim edir.

X X X

BMT RADİOSU: Siz Heydər Əliyev Fondunun vitse-prezidentisiniz və çoxsaylı sosial layihələrdə iştirak edirsiniz. Sizi ictimai fəaliyyətlə məşğul olmağa sövq edən nə olmuşdur?

LEYLA ƏLİYEVA: Heydər Əliyev Fondu 2004-cü ildə yaradılmışdır. Onun işi həyatın bütün sahələrini - təhsil, mədəniyyət, elm, xeyriyyəçilik, səhiyyə məsələlərini, indi isə həm də ekologiyanı əhatə edir.

Şəxsən mənə gəldikdə, bu Fond mənim ictimai fəaliyyətə öz töhfəmi vermək üçün böyük imkan deməkdir. Hesab edirəm ki, Azərbaycan gənclərinin hər bir nümayəndəsi bu işə müəyyən dərəcədə öz töhfəsini vermək istəyir. Əlbəttə, əgər fayda verə biləcək bir iş görməyə imkan varsa, mən həmin imkandan məmnuniyyətlə istifadə edirəm.

BMT RADİOSU: Fondun əsas layihələri barədə danışaydınız... Şəxsən Siz hansı layihələrlə fəxr edirsiniz?

LEYLA ƏLİYEVA: Layihələr çoxdur. Fond çoxsaylı mədəni tədbirlər, sərgilər, mühazirələr təşkil edir. Mənim sevimli layihələrimdən biri “Bakıya uçuş” sərgisidir. Bu sərgidə Azərbaycandan olan 21 müasir rəssam iştirak edir. Sərgi iki il bundan əvvəl Londonda start götürmüş, sonra Parisə, Romaya, Vyanaya, Moskvaya uçmuş və Bakıda başa çatmışdır. Bu sərgi müasir Azərbaycan incəsənətini ilk dəfə dünya tamaşaçılarına çatdırmağa imkan verdi. Sərgiyə müsbət münasibəti görmək çox xoş idi.

Fondun səhiyyə və uşaqlarla iş sahəsində gördüyü bütün tədbirlər mənim üçün çox vacibdir. Hazırda talassemiya layihəsi məni daha çox narahat edir. Fond regionda ən böyük talassemiya mərkəzi tikmişdir. Təəssüf ki, bu xəstəlik Azərbaycanda da mövcuddur. Bununla əlaqədar yaxşı xəbər odur ki, yaxın vaxtlarda bu xəstəliklə bağlı dövlət proqramı hazırlanmışdır.

Çox vaxt elə olur ki, Fond müəyyən layihə üzərində işə başlayır, sonra dövlət də həmin fəaliyyətə qoşulur və nəticədə dövlət proqramı yaranır. Məsələn, Fond “Yenilənən Azərbaycana yeni məktəb” proqramını başlamış, bu layihə çərçivəsində təxminən 400 məktəb tikilmiş və ya təmir edilmişdir. Dövlət bu proqramı davam etdirdi və Azərbaycanda 3 minə yaxın məktəb təmir edildi.

Fond Azərbaycandan başqa Türkiyədə, Gürcüstanda, Rumıniyada, Misirdə, zəlzələdən zərər çəkmiş Pakistanda da məktəblər tikmişdir, bu yaxınlarda Rusiyanın Ulyanovsk şəhərində məktəb istifadəyə verilmişdir.

BMT RADİOSU: Fond bir sıra ölkələrdə, o cümlədən Rusiyada işləyir. Bu yaxınlarda Siz Volqoqrad, Həştərxan vilayətlərinin həyatında fəal iştirakınıza görə medallar almısınız. Bu mükafatların nəyə görə alınması və Rusiyanın daha hansı regionları ilə işləməyiniz barədə ətraflı söhbət edə bilərdinizmi?

LEYLA ƏLİYEVA: Müqəddəs Knyagina Olqa ordeni almaq mənim üçün böyük şərəfdir. Həştərxanda iki dəfə olmuşam. Bu şəhərdə layihələrimiz çoxdur - orada park salmışıq, bir məktəb binasını rekonstruksiya etmişik. Azərbaycan ilə Rusiya arasında Dostluq Körpüsü açmışıq. Bu yaxınlarda Müqəddəs Mələksima knyaz Vladimirə abidə ucaltmışıq. Oradakı məbədə də qayğı göstəririk.

Əlbəttə, Rusiyanın Həştərxan vilayəti Azərbaycana yaxındır. Bizim ortaq cəhətlərimiz çoxdur. Hesab edirəm ki, ölkələrimiz arasında dostluğun möhkəmlənməsinə yönəlmiş tədbirlər daha çox keçirilməlidir. Ölkələrimizi bir-birinə bağlayan mehriban qonşuluq münasibətləri çoxillik tarixə malikdir. Bu adi insani münasibətlər əsasında çox şey qurulur.

Bir də, əlbəttə, mədəni mübadilə. Azərbaycanda rus ədəbiyyatını, rus mədəniyyətini, rus dilini yaxşı bilirlər. Azərbaycan bəlkə də yeganə MDB ölkəsidir ki, məktəblərdə rus dilinin öyrənilməsi praktiki olaraq əvvəlki həcmdə qalmışdır. Bizdə Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bu yaxınlarda Moskva Dövlət Universitetinin Bakı filialı açılmışdır. Bu həm də ona görə çox qiymətlidir ki, mənim fikrimcə, rus dili dünyada ən zəngin dillərdən biridir. Buna görə də rus dilinin qorunub saxlanması çox vacibdir.

BMT RADİOSU: Siz Fondun Rusiyadakı fəaliyyətini xatırlatdınız. Bu il Fond öz yubileyini -10 yaşını bayram edir. Səhiyyə barədə danışmalı olsaq məlumdur ki, Siz Heydər Əliyev Fondu xətti ilə HİV-in profilaktikası məsələləri ilə çox fəal məşğul olursunuz. Fondun mövcud olduğu müddətdə bu istiqamətdə hansı nəticələrə nail ola bilmisiniz?

LEYLA ƏLİYEVA: Bəli, bu, müasir dünyada ən vacib məsələlərdən biridir. Mənim fikrimcə, ilk növbədə maariflənmə imkanı təmin edilməlidir. İnsanlar bu barədə məlumat almalıdırlar, Onlar bunu bilməli və bu barədə düşünməlidirlər.

Heydər Əliyev Fondu “Uşaq göy qurşağı” layihəsini həyata keçirmiş, bununla əlaqədar HİV infeksiyası barədə uşaqlar üçün mühazirələr oxunmuşdur. Bizim Fond “B” hepatiti və HİV ilə bağlı müayinələr aparan Vişnevskaya-Rostropoviç Fondunu da dəstəkləyir. QİÇS sahəsində Rusiyanın Azərbaycanlı Gənclər Birliyi -RAGB çox fəal iş aparır. Fəallarımız müxtəlif universitetlərdə mühazirələr oxuyurlar, Rusiyanın müxtəlif regionlarında bu mövzuda konfranslar da təşkil etmişik.

Biz hər il “Qanın milləti yoxdur” aksiyası keçiririk, həmin aksiya çərçivəsində azərbaycanlı gənclər Rusiyada təmənnasız olaraq qan verirlər. Bizim “Sağlam olmağını yəqin et, xəstəliyə “yox” de” şüarı altında layihəmiz də olmuşdur. Həmin gün hər bir insan pulsuz müayinə oluna bilər.

BMT RADİOSU: İlin əvvəlində Siz Nayrobidə olmusunuz. BMT Baş katibinin müavini, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) rəhbəri Axim Ştayner ilə görüşmüsünüz. Səfərinizin yekunları və prinsip etibarilə nə haqda razılığa gəlməyiniz barədə bir qədər ətraflı danışa bilərdinizmi?

LEYLA ƏLİYEVA: Bu, mənim Afrikaya ilk səfərim idi. İDEA (International Dialogue for Environmental Action) kampaniyası yaranan vaxtdan artıq üç ildir ki, ekologiya ilə məşğul oluram. Bu kampaniyanın əsas məqsədi ətraf mühitin qorunmasıdır. Kampaniya regionumuzda gənclərlə işə istiqamətlənmişdir. Biz bütün layihələrimizə kreativ yanaşmağa çalışırıq.

Artıq çoxsaylı layihələr həyata keçirmişik. Azərbaycanda üç milyon ağac əkilməsi bizim əsas layihələr sırasına aid edilə bilər. Bu, ölkəmizdə üç milyon gənc yaşamasının rəmzidir.

Daha bir layihəmiz quşlar üçün yuvalar qurulması ilə bağlıdır. Əvvəlcə Qız Qalasında - Azərbaycanın rəmzi sayılan bu abidədə quş yuvaları vardı. Qız Qalasında yenidənqurma işləri başlananda anladıq ki, quşlar salamat qala bilməyəcəklər. Buna görə də biz həmin qalanın lap qarşısında, üzərində quş yuvaları qurulmuş bir art-obyekt ucaltdıq və quşlar həmin yuvalara köçdülər. Bizim ideyalarımız çoxdur. Əsas istiqamətlərdən biri - nəsli kəsilmək təhlükəsi olan heyvanların müdafiəsidir.

May ayında pişikkimilər fəsiləsinin qorunmasına həsr edilmiş böyük bir konfrans keçiriləcəkdir. Azərbaycanda Qafqaz bəbiri yaşayır. Bu heyvanın nəslinin kəsilməsi təhlükəsi var. Çətinlik onunla bağlıdır ki, bu heyvanı böyüdüb ətraf mühitə buraxsaq, o, salamat qalmayacaq. Buna görə biz indi bütün dünyadan ekspertləri dəvət edirik ki, bu problemin həlli barədə düşünsünlər. Biz zubrun və Qafqaz bəbirinin qorunması istiqamətində Rusiyanın Vəhşi Təbiət Fondu ilə fəal iş aparırıq.

Keniya səfəri ilə bağlı unudulmaz təəssüratlarım var. Bu səfərdən sonra başa düşürsən ki, hər yerin təbiəti qiymətlidir. Azərbaycana qayıdandan sonra başa düşürsən ki, bizdə hər şey tamam başqadır. Dünyadakı 11 iqlim qurşağının 9-u bizim ölkəmizdə var. İnsanların kifayət qədər bilikli, savadlı olması, bunun nə dərəcədə qiymətli olduğunu başa düşmələri çox vacibdir.

BMT RADİOSU: Məlumdur ki, Azərbaycanda ətraf mühitə hətta məktəblər səviyyəsində böyük diqqət yetirilir.

LEYLA ƏLİYEVA: Bəli, bu, həqiqətən belədir. İDEA layihəsi çərçivəsində universitetlərdə və məktəblərdə ekoloji siniflər yaradılmışdır. İndi biz tələbələr üçün dərslik üzərində işləyirik. Bir də ki, bu məsələ hər bir uşaq üçün maraqlıdır. Bəli, biz çox problemlər haqqında fikirləşirik, lakin bu, harada yaşamasından asılı olmayaraq hər bir insana aiddir. Bizim hətta belə bir şüarımız var: “Bir planet - bir gələcək”.

BMT RADİOSU: Siz ictimai fəaliyyətinizlə yanaşı, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinə - RAGB-yə rəhbərlik edirsiniz. Yaxın vaxtlarda Siz Reza Deqatinin tolerantlığa həsr edilmiş sərgisini açmışdınız. Fikrinizcə, Azərbaycan və Rusiya xalqları arasında tolerantlıq məsələlərinin daha yaxşı başa düşülməsi üçün daha hansı addımları atmaq olar?

LEYLA ƏLİYEVA: Bu sərgi çox uğurlu oldu. O, Yəhudi muzeyində və tolerantlıq mərkəzində təşkil edilmişdi. Tolerantlıq bizim üçün qürur mənbəyi deyil, bu, bizim həyat tərzimizdir, normadır, ona görə ki, burada tarixən müxtəlif xalqları, müxtəlif dinləri təmsil edən insanlar yaşayır.

Bizdə atəşpərəstlik, zərdüştilik olmuşdu. Xristianlıq Azərbaycana IV əsrdə, islam VIII əsrdə gəlmişdir, iudaizm iki min illik tarixə malikdir. Bu gün Azərbaycanda məscidlər, sinaqoqlar, kilsələr, atəşpərəst məbədləri vardır. Onlar hamısı bir-birinin yaxınlığında yerləşir. Bizdə müxtəlif dillərdə danışırlar. Azərbaycanda 21 qeyri-müsəlman dini icma vardır.

Bu, çox vacib və qiymətlidir. Təəssüf ki, müasir dünyada fikir ayrılıqları, münaqişələr bəzən məhz bir-birini qəbul etmək və anlamaq arzusunun olmaması üzündən yaranır. Buna görə də hesab edirəm ki, Azərbaycan müəyyən mənada model rolu oynaya bilər. Əlbəttə, belə bir tədbirin Rusiyada keçirilməsi çox önəmli idi, ona görə ki, bizim ümumi cəhətlərimiz çoxdur, Rusiyada 100-ə yaxın müxtəlif xalqların və dinlərin nümayəndələri yaşayır, bunu qoruyub saxlamaq çox vacibdir.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib

Azərbaycanın 16 cüdoçusu Budapeştdəki “Böyük Dəbilqə” turnirində mübarizə aparacaq

“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır

® “Birbank Taksit” kartı sentyabrda daha çox qazandırır: 3 faiz əlavə bonus

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

BMU-ya yeni qəbul olunan tələbələrlə tanışlıq görüşlərinə başlanılıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub YENİLƏNİB VİDEO

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub YENİLƏNİB VİDEO

bp ölkədə enerji səmərəliliyi üzrə mütəxəssis potensialının inkişafına dəstək olur

Şahzadə Uilyam Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak edir

“Özbək xalq nağılları” kitabı işıq üzü görüb

Memarlıq və İnşaat Universitetinə yüksək balla qəbul olunan tələbələrlə görüş olub

Britaniyada yüzlərlə aviareys ləğv edilib

Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası

“Bakı İqlim və Sülh üzrə Fəaliyyət Platforması” çərçivəsində 3 ölkə ilə birgə işçi qrupları yaradılıb

Müəllim: Şagirdlər oxumağı dayandırmayıb, sadəcə məlumat əldə etmə üsulları dəyişib

Hikmət Quliyev: Türkoloji Qurultayın 100 illiyi elmi əlaqələri gücləndirir

“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb

Yalçın Rəfiyev: İqlim dəyişikliyi qlobal sülh və təhlükəsizlik üçün ciddi təhdidə çevrilib

Dövlət satınalmalarında iştirak edən təchizatçı şirkətlər üçün təlim baş tutub

Almaniyanın müdafiə naziri: Müdafiə xərclərinin təxminən yarısı yeni texnologiyalara yönəldilib

Elnur Soltanov: Enerji keçidində özəl sektorun iştirakı vacibdir

Maldiv rəsmisi: İqlim dayanıqlılığı sülhə qoyulan investisiyadır

BDU-nun biotexnologiya ixtisasını seçən tələbə: Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm

Nazir müavini: Enerji keçidi dünyanın siyasi-iqtisadi mənzərəsini dəyişəcək əsas proseslərdəndir

Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov

Azərbaycan paraüzgüçüləri Avropa çempionatında növbəti dəfə finala yüksəliblər

CECECO: Enerji keçidi yalnız texnologiyalar, infrastruktur və investisiyalarla bağlı deyil

Gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə qrant müsabiqəsi elan ediləcək

Professor Amin İsmayılovun fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

“Azərbaycan Dəmir Yolları” Çin limanları ilə Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirir

“Kəpəz”in kapitanı məşq zamanı zədələnib

Muxtar Babayev: Əsas prioritet beynəlxalq öhdəlikləri praktik və ölkələrin özlərinin rəhbərlik etdiyi fəaliyyətə çevirməkdir

Elmir Babayev: “Kəndə gəl” yay düşərgəsi gənc alimlərin inkişafı üçün mühüm platforma oldu

Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 10,3 faiz artıb

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir

Məktəblərdə yeni tədris ilinin prioritetləri müəyyənləşdirilir

Aleksandr Yakovleviç Şarovski

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb

Ersin Ayvaz: Ağdamda dövlətin gücünü, insanların birliyini və sevgisini gördük VİDEO

Ersin Ayvaz: Ağdamda dövlətin gücünü, insanların birliyini və sevgisini gördük VİDEO

Təhsil eksperti: Təhsilin müdafiəsi yalnız bir gün deyil, daim diqqətdə saxlanılmalıdır

Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı VİDEO

Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı VİDEO

20 Sentyabr: Azərbaycanın suverenliyinin tarixə çevrildiyi gün

Danimarka mediası PISA nəticələri barədə: Bəşəriyyət sadəcə olaraq getdikcə daha da səfehləşir

Komitə sədri: Din xadimlərinin fəaliyyətində birləşdirici yanaşma vacibdir

Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur

“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb

ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir

Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub

Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib

ABŞ-də çalışan azərbaycanlı alim: Azərbaycanın milli genom məlumat bazasının yaradılması səhiyyə üçün mühüm imkanlar aça bilər – MÜSAHİBƏ

Fransada əməkdaşların əmanətlərinə vergi məsələsi: Hökumət geri çəkildi, hüquq-mühafizə orqanlarına müraciət edildi

® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib

Azərbaycan BMT-nin Baş Assambleyasında böyük nümayəndə heyəti ilə təmsil olunacaq VİDEO

Azərbaycan BMT-nin Baş Assambleyasında böyük nümayəndə heyəti ilə təmsil olunacaq VİDEO

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində vətəndaşların müraciətləri dinlənilib

Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO

Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO

Ceyhun Bayramov: Yanaşmamız dəyişməzdir, sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur VİDEO

Ceyhun Bayramov: Yanaşmamız dəyişməzdir, sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur VİDEO

Azərbaycan paralimpiyaçısı dünya reytinqində 8-ci pilləyə yüksəlib

SİMA-da təhlükəsizliklə əlaqədar biometrik yoxlama cəhdlərinə limit tətbiq olunub

Nazir: Belə mühüm tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadın göstəricisidir

“Mançester Yunayted”lə oyunöncəsi “Sabah”ın zədəli futbolçularının son durumu açıqlanıb

Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır

Hüseyn Hüseynov: Azərbaycan TDT-nin yaşıl maliyyə təşəbbüslərində fəal iştirak edir VİDEO

Hüseyn Hüseynov: Azərbaycan TDT-nin yaşıl maliyyə təşəbbüslərində fəal iştirak edir VİDEO

Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub

“Komo”nun prezidenti Çempionlar Liqasında debüt matçında tribunadakı yerini azarkeşə verəcək

Bu il 22 tələbə Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirib

COP31-in icraçı direktoru: Həssas coğrafiyaların səsi olacağıq VİDEO

COP31-in icraçı direktoru: Həssas coğrafiyaların səsi olacağıq VİDEO

TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib

Nyu-York şəhərində azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü olub

Bu il 124 mindən çox uşaq birinci sinfə gedəcək

“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb VİDEO

“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb VİDEO

Azərbaycan İtaliyaya neft tədarük edən ölkələr siyahısında ilk üçlükdədir

“Startup World Cup”ın regional finalı “Baku ID” çərçivəsində təşkil olunacaq

"Neftçi" amerikalı basketbolçu ilə müqaviilə imzalayıb

® “Yango Ride”ın Hesabatı: Fəaliyyət göstərdiyi bazarlarda ağır yol hərəkəti qaydaları pozuntuları 31 faiz azalıb

“Brent” neftinin qiyməti 100 dolları ötüb

“Himayədar ailə” modeli təbliğ olunur

Velosiped və skuter sürücüləri üçün profilaktik tədbirlər həyata keçirilir VİDEO

Velosiped və skuter sürücüləri üçün profilaktik tədbirlər həyata keçirilir VİDEO

Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib

Daniele Violetti: İndiyədək aparılan müzakirələrdən bir mesaj aydın görünür: həllər mövcuddur

Bu il ərzində Azərbaycanda istehsal olunan sənaye məhsullarının dəyəri açıqlanıb

Qızılağac Milli Parkında qanunsuz ov edən şəxslər saxlanılıblar

® “Azercell” ilk yeni nəsil diler mağazasını istifadəyə verir

David Higgins: Beynəlxalq əməkdaşlıq və çoxtərəflilik heç vaxt indiki qədər vacib olmayıb VİDEO

David Higgins: Beynəlxalq əməkdaşlıq və çoxtərəflilik heç vaxt indiki qədər vacib olmayıb VİDEO

PISA 2025: Fransanın təhsil nəticələri rekord səviyyədə gerilədi – ölkə 18 pillə aşağı düşdü

Media eksperti: QHT-lər kibertəhlükəsizliyin təmin olunması ilə bağlı addımlar atırlar VİDEO

Media eksperti: QHT-lər kibertəhlükəsizliyin təmin olunması ilə bağlı addımlar atırlar VİDEO

Növbəti peşə tanınması imtahanı sentyabrın 29-da keçiriləcək

Sabirabadda qəsdən yanğın törədən şəxs müəyyən olunub

Fransada yanğınsöndürənlər tətilə başlayıblar

Ana Toni: Bakı İqlim Fəaliyyəti Həftəsi bizi icra prosesində bir addım irəli aparacaq VİDEO

Ana Toni: Bakı İqlim Fəaliyyəti Həftəsi bizi icra prosesində bir addım irəli aparacaq VİDEO

Ceyhun Bayramov: COP29 və COP31 sədrliyi arasında əməkdaşlıq regional həmrəyliyin bariz nümunəsidir VİDEO

Ceyhun Bayramov: COP29 və COP31 sədrliyi arasında əməkdaşlıq regional həmrəyliyin bariz nümunəsidir VİDEO

Brüssel aeroportu Almaniyanın Köln şəhəri ilə yüksəksürətli dəmir yolu əlaqəsinə qoşulub

QHT-lər üçün rəqəmsallaşma və kibertəhlükəsizlik üzrə təcrübə mübadiləsi aparılıb VİDEO

QHT-lər üçün rəqəmsallaşma və kibertəhlükəsizlik üzrə təcrübə mübadiləsi aparılıb VİDEO

Fiziki şəxslərin banklardakı əmanətləri 16 faizədək artıb

Saymon Stil: Təmiz enerjiyə keçid prosesi artıq dönməzdir

Sabah bəzi yerlərdə yağış yağacaq

Mahir Emreli hücum keyfiyyətlərinə görə Polşa çempionatının ən yaxşı futbolçuları sırasındadır

BMT: Təhsil müəssisələrinə hücumların sayı rekord həddə çatıb

Azərbaycan Respublikası Ədliyyə Nazirinin 2002-ci il 9 aprel tarixli 7-T nömrəli əmri ilə təsdiq edilmiş “Tərbiyə müəssisələrində valideynlər komitəsinin fəaliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI