Leysan xarakterli yağışlar nəticəsində əksər dağ çaylarında sululuq artmışdır
Bakı, 24 sentyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən çaylarda suyun səviyyəsi ilə bağlı araşdırma aparılmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sentyabrın 23-ü axşamdan 24-ü səhərədək yağan leysan xarakterli yağışlar nəticəsində Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindəki Qudyalçayda suyun səviyyəsi 8, Vəlvələçayda 23 santimetr artmışdır. Araşdırmaya görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-200, Kiçik Qafqazın çaylarında 80-150, Lənkəran-Astara bölgəsi çaylarında 20-50, Naxçıvan MR çaylarında isə 75-80 faizini təşkil etmişdir.
Eyni zamanda, sentyabrın 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində də suyun səviyyəsində 8 santimetr artım qeydə alınmışdır. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır.
Kür çayının aşağı axınındakı Surra və Şirvan məntəqələrində suyun səviyyəsinin 2 santimetr azaldığı, Salyanda 3, Bankədə 14, Araz çayının Novruzlu məntəqəsində 7 santimetr artdığı müəyyən edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
Bu saata olan əsas xəbərlər
- [12:01]
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]