Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lindi hop rəqsi Bakını fəth edir

Bakı, 5 fevral, Anara Axundova, AZƏRTAC

Ötən ilin sonunda Bakıda lindi hop rəqs icması formalaşdı. Xoreoqraf Lenay Seyidəlizadə və rəqs müəllimi Eylem Uluşun birgə səyləri sayəsində bu çılğın rəqs janrı paytaxt sakinlərinin qəlbini fəth etməyə başladı.

Lindi hopun (lindy hop - ing.) afro-amerikan kökləri var və svinq rəqslərdən biridir. 1920-1930-cu illərdə Nyu-Yorkda yaranan bu janr caz musiqisi ilə paralel olaraq inkişaf edib. Lindi hop çarlston, tep və digər rəqslərin xüsusiyyətlərini özündə cəmləşdirib və bütöv istiqamətin əsasını qoyub.

Təəccüblüdür ki, bu şən rəqs Böyük depressiya dövründə xüsusilə məşhur olub. O, sanki qlobal iqtisadi böhranı zamanı insanlara nikbinlik aşılayırdı, müharibə ərəfəsində azadlığa və təmkinli olmağa çağırırdı…

Lakin İkinci Dünya müharibəsi lindi hopun tənəzzülünün başlanğıcı oldu. Kişi rəqqaslar cəbhəyə yollandı, böyük orkestrlər rəqs meydançalarını tərk etdi, svinq rəqslərini isə tədricən rəqqasların bir-birilərinə toxunmadığı rəqslər əvəz etdi. 1980-ci illərdə cütlük rəqsləri yenidən dəb halına gəldi və svinq rəqs də meydançalara qayıtdı. Lindi hop müasir dövrdə yenidən populyarlaşdı.

AZƏRTAC-ın müxbiri Bakı lindi hop rəqs icmasının qurucuları ilə söhbət edib. Hər şey taleyin iki rəqs həvəskarı olan insanı - Lenay Seyidəlizadə və Eylem Uluşu bir araya gətirməsi ilə başlayıb.

"Mən İstanbuldanam, təxminən yarım ildir Bakıda yaşayıram”, - deyə Eylem bəhs edir. - Əsas işimlə əlaqədar buraya köçdüm. Lakin mənim ikinci bir həyatım da var (gülür) - bu, rəqslərdəki həyatımdır. On ildir lindi hop ilə məşğulam və son üç ildə onunla bağlı təlim keçirəm".

Əslində, Eylemin hekayəsi heyrətamizdir: axı lindi hopa gəlməzdən əvvəl o, rəqslə qətiyyən maraqlanmırdı.

"İşlə bağlı məndə emosional yorğunluq var idi. Həmin vaxt bir az əylənmək üçün bir rəqs tədbirinə getdim və daha sonra lindi hop haqqında heç bir təsəvvürüm olmadığı halda onunla məşğul olmağa başladım. Ümumiyyətlə, rəqs etmək xoşuma gəlmirdi, hətta toylarda da oynamırdım (gülür). Lakin insanların rəqs edərkən necə xoşbəxt olduğunu görəndən sonra fikrimi dəyişdim. Rəqs kursunda qeydiyyatdan keçdim. Öyrənməyə başladım, lakin bu məşğuliyyətə nifrət edirdim! Sonra isə xoşuma gəldi".

Eylemin sözlərinə görə, o vaxt İstanbulda təxminən 50 nəfər lindi hop rəqsi edirdi, çünki bu bir yenilik idi. Amma indi icma üzvlərinin sayı 2 min nəfərə qədər artıb. Eylem rəqs etməyi xoşladı, üstəlik böyük uğurlar qazanmağa başladı. Günlərin birində müəllimi ona deyib ki, artıq Eylemin özü insanları öyrətməlidir. Beləliklə, o, rəqs müəllimi oldu.

Lenaya gəldikdə, Eylemdən fərqli olaraq, onun böyük rəqs təcrübəsi var. Bakı Xoreoqrafiya Akademiyasının məzunu, xoreoqraf, xalq rəqsləri müəllimi, "Gülüstan" rəqs ansamblının rəhbəri və "Baku Tango Therapy" rəqs məktəbinin banisi olaraq, o, həmçinin çoxsaylı rəqs tədbirləri, layihələr, müsabiqələr və festivalların iştirakçısıdır. Lenayın sözlərinə görə, o, lindi hopla Eylem ilə tanışlıqdan əvvəl maraqlanıb.

"Lindi hop dünyada çox populyardır. Mən çox video izləmişəm və bu rəqsin bizdə tədris olunmadığına təəssüf edirdim. Bunun mənə yaxın olduğunu hiss edirdim. Atmosferi, enerjisi, musiqisi, orijinal üslubundan xoşum gəlirdi. Eylem ilə tanış olanda düşündüm ki, bu, Bakıda lindi hop icmasını yaratmaq üçün çox gözəl şansdır!”.

Lindi hop üzrə ilk açıq dərsə on beş nəfər yazılmışdı. Eylem və Lenayın fikrincə, başlanğıc üçün bu, çox gözəldir.

"Bakıda çoxlarının lindi hop haqqında məlumatı yoxdur. Lakin qonaqlarımız arasında əvvəllər bu rəqslə maraqlananlar da var idi", - deyə Lenay bildirir.

"Düşünürəm ki, artıq bu ilin yayına qədər biz daha çox insan toplaya və açıq hava formatında dərs keçirə biləcəyik, çünki açıq havada rəqs etmək sağlamlıq üçün faydalıdır”, - deyə Eylem bildirir. - Lindi hop ümumiyyətlə faydalıdır, o, çox dinamikdir, bu, ürək üçün də əla məşğuliyyətdir. Bu rəqsdə digər rəqslərdən bir çox elementlər var. Odur ki, lindi hop rəqsini öyrənənlər üçün digər rəqsləri də öyrənmək daha asan olacaq".

Lenayın fikrincə, rəqs icması çox böyük əhəmiyyətə malikdir.

"Hər bir sosial rəqsin öz icması var. O, insanları birləşdirir. Biz rəqs məclisləri, çıxışlar, tədbirlər təşkil edirik. Ən əsası odur ki, insanlar böyük bir ailənin bir hissəsi olduqlarını hiss edirlər", - deyə xoreoqraf vurğulayır.

İcmanın genişləndirilməsi planlarını bölüşən Lenay və Eylem vurğulayırlar ki, açıq dərslərə universitet tələbələrini dəvət etmək istəyirlər.

"Bu addımlar bizə əhatə dairəmizi genişləndirməyə kömək edəcək", - deyə Lenay qeyd edir. - Lindi hopu digər məkanlarda - rəqs tədbirlərində və festivallarda da tanıtmaq istəyirik. Caz klubumuzun da bu fikri dəstəkləməsi yaxşı olar. Ancaq biz hələ çox çalışmalıyıq".

"Yalnız tələbələri deyil, yaşlı insanları da cəlb etməyi planlaşdırırıq", - deyə Eylem əlavə edir. - Onlar üçün daha həzin musiqi seçmək olar ki, rəqs o qədər də dinamik olmasın. Lindi hopda hər hansı bir yaş məhdudiyyəti yoxdur. Ümumiyyətlə, heç bir məhdudiyyət yoxdur! Onunla hər kəs məşğul ola bilər. Bu rəqs öz dövründə dünyanı bir qədər dəyişib, onun inqilabi olduğunu da söyləmək olar. ABŞ-da lindi hop tədbirləri ağ və qaradərili insanların birlikdə cütlük halında rəqs etdikləri ilk tədbirlər olub".

Daha genişmiqyaslı planlar da var. Hazırda Lenay və Eylem perspektivdə Bakıda lindi hop festivalının təşkili barədə düşünürlər.

“Lindi hop festivalları Niderland, Fransa, Türkiyədə keçirilir. Bu tədbirlərdə iştirak etmək üçün insanlar müxtəlif ölkələrdən gəlirlər”, - deyə Eylem vurğulayır.

Lenay əlavə edir: "Bakıda artıq salsa və tanqo festivalları var, lindi hop festivalı niyə də olmasın? Əlbəttə ki, bu barədə danışmaq hələ tezdir, çünki asan iş deyil! Lakin biz artıq indidən bu barədə düşünürük. Əvvəlcə, bizim icma böyüməlidir. Sponsorluq və uyğun bir platforma, xüsusi bir qrup tapmaq lazımdır".

Eylemin sözlərinə görə, lindi hop musiqisi üzrə ixtisaslaşan qruplar dünyada o qədər də çox deyil.

“Bu rəqs üçün bütün alətlər tələb olunur! - deyə Eylem bəhs edir. - Həm royal, həm nəfəsli, həm də simli alətlər”.

Lenay hesab edir ki, asan olmasa da, belə bir kollektiv toplamaq mümkündür.

O qeyd edir: "Bakıda istedadlı musiqiçilər çoxdur. Xaricdən qrup dəvət etmək məcburiyyətində deyilik, baxmayaraq ki, qrupu toplamaq da çox çətin bir işdir! Lakin mümkün olmayan heç bir şey yoxdur, biz irəli getməliyik. Ən əsası odur ki, indi - cəmi bir neçə aydan sonra kiçik də olsa, bizim bu işə həvəs göstərən insanlardan ibarət icmamız var".

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı