DÜNYA
Macarıstan paytaxtında icarəyə verilən velosiped parkı genişləndirilir
![Macarıstan paytaxtında icarəyə verilən velosiped parkı genişləndirilir](/files/2023/1/1200x630/16823496861781350783_1200x630.jpg)
Budapeşt, 24 aprel, AZƏRTAC
Macarıstanın MOL neft-qaz şirkətinin dəstəyi ilə Budapeşt İctimai Nəqliyyat Mərkəzi (BKK) tərəfindən idarə olunan “MOL-BUBİ” şirkətinə 200 velosiped əlavə olunacaq. AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin mənzil-qərargahındakı mətbuat konfransında elan olunub.
Şirkət tərəfindən Macarıstan paytaxtının Şəhər parkı rayonunda üç yeni dok-stansiya açılır. Onlar parkın ərazisində yerləşəcək, xidmət parkın fəaliyyətinə nəzarət edən dövlət şirkətinin dəstəyi ilə göstəriləcək.
Mətbuat xidmətindən qeyd olunub ki, indi “MOL-BUBİ” sxemində xidmətin pandemiyadan sonra təkrar başlandığı 2021-ci ilin yazında olan 1200 ədəddən fərqli olaraq 2 260 velosiped var.
Bu il velosiped icarəsi sxeminin sərhədləri və ölçüsünün tədricən genişləndirilməsi planlaşdırılır. Təkrar işə salındıqdan sonra “MOL-BUBİ” xidmətindən 4,4 milyon dəfədən çox istifadə olunub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt