ELM VƏ TƏHSİL
Magistrantlar layihələrin idarə olunması barədə məlumatlandırılıb
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Erasmus Tələbə Şəbəkəsi - Azərbaycan” İctimai Birliyinin sədri, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin baş məsləhətçisi Əli Tağıyevlə magistrantların görüşü keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Əli Tağıyev magistrantlara layihələrin idarə edilməsində uğur faktorları, layihə təkliflərinin hazırlanması, son illərdə gənc nəslin maraq dairəsinə daxil olan layihələr haqqında məlumat verib, həmçinin layihələrin idarə olunması üzrə praktik nümunələr təqdim edib.
Sonda qonaq və layihələrin idarə olunması fənnini tədris edən müəllim Şəbnəm Əsədova layihə idarəçiliyi ilə bağlı iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Görüşdə universitetin MBA proqramı üzrə biznesin təşkili və idarə edilməsi (təhsilin təşkili və idarə edilməsi) ixtisaslaşmasının II tədris ilinin magistrantları iştirak ediblər.