DÜNYA
Malidəki missiyalar Almaniyaya 4,3 milyard avroya başa gələcək
![Malidəki missiyalar Almaniyaya 4,3 milyard avroya başa gələcək](/files/2023/1/1200x630/16824117194970715609_1200x630.jpg)
Bakı, 25 aprel, AZƏRTAC
Malidə bir il ərzində sona çatacaq iki müxtəlif missiyada iştirak Almaniyaya 4,3 milyard avroya başa gələcək.
AZƏRTAC “Der Spiegel” qəzetinə istinadla xəbər verir ki, almaniyalı hərbçilər hazırda BMT-nin Malidə vəziyyətin nizamlanması üzrə çoxprofilli kompleks missiyasında (MINUSMA) və Avropa İttifaqının EUTM təlimatçı missiyasında iştirak edirlər. Birinci missiyada kontingentin sayı 1100 nəfər, ikincidə isə 350 nəfərdir. Almaniya cari ilin iyununda öz kontingentini Malidən çıxarmağa başlayacaq. Proses 12 ay sonra 2024-cü ilin ortalarında başa çatacaq.
Qeyd edək ki, 2013-cü ildən bəri MINUSMA missiyasında Bundesverin 25 min hərbçisi iştirak edib.