Mamuka Mdinaradze: Oktyabrın 4-də Gürcüstanda seçkilər ləyaqətlə keçiriləcək
Tbilisi, 2 oktyabr, AZƏRTAC
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) oktyabrın 4-də bəzi qüvvələrin ölkədə təxribatlar törədəcəyi barədə məlumatlar daxil olub. Mən onları bu fikirdən daşınmağa çağırıram və heç kimə bu barədə hətta düşünməyi belə məsləhət görmürəm, çünki çox sərt cavab alacaqlar.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstan DTX-nin rəhbəri Mamuka Mdinaradze mətbuata açıqlamasında bildirib.
O deyib ki, bir neçə qrup ictimaiyyətin qəzəbinə səbəb olacaq hərəkətləri ciddi şəkildə müzakirə edir. “Bu qətiyyən yolverilməzdir. Etiraz etmək istəyənlər bunu qanun çərçivəsində etsinlər. Oktyabrın 4-də Gürcüstanda seçkiləri ləyaqətlə keçirəcək və çağırışların öhdəsindən gəlinəcək”, – deyə DTX-nin rəhbəri vurğulayıb.
Qeyd edək ki, oktyabrın 4-də Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]