Mariya Durunda “A1” seriyasından ikinci nəticə göstərmişdir
Bakı, 18 noyabr (AZƏRTAC). “A1” seriyasından İtaliya klub çempionatının üçüncü turu Azərbaycanın aparıcı gimnastlarından biri olan Mariya Durundanın idman şərəfini qoruduğu komanda üçün uğurlu olmuşdur.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Kyeti şəhərindən olan “Armonia di Abruttso” klubu M.Durundanın çıxışları sayəsində gümüş mükafatlar qazanmışdır. Məsələn, gürzlərlə hərəkətlərə görə M.Durundaya 17,14 bal verilmişdir ki, bu da onun komanda yoldaşları arasında ən yüksək nəticədir. “Armonia di Abruttso” cəmi 296.1 bal toplamışdır. Aktivində artıq 72 xalı olan komanda turnir cədvəlində əvvəlki kimi birinci yeri tutur. Marinanın klubu payızın son günü keçiriləcək final turundan əvvəl Ukraynadan olan dünya çempionu Hanna Rizatdinovanın başçılıq etdiyi “Gimnastik” (San-Corcio) klubunu 3 xal qabaqlayır.
Apennin yarımadasında gərgin mübarizə getdiyi anlarda Balkan yarımadasında gimnastlar arasında dünya çempionları müəyyənləşirdi.
17-18 yaş qrupunda yarışan Mixail Malkin Sofiyada uğurla çıxış etmişdir. Seçim yarışlarının nəticələrinə görə o, ən yaxşı səkkiz gimnast arasında turnirə vəsiqə qazanmışdır. Lakin final yarışında üçqat salto zamanı səhvə yol verdiyi üçün səkkizinci yerdə qərarlaşmışdır.
Tamblinq üzrə turnirin həmin qrupdan olan ikinci iştirakçısı Aydın Əliyev 27-ci yeri tutmuşdur.
Yaşlı gimnastlar arasında yarışlarda isə Ruslan Ağamirov ilk dəfə batut üzrə dünya çempionatında çıxış etmişdir. Onun debütü 90 iştirakçı arasında 44-cü yerlə nəticələnmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq
- 15.06.2026 [13:14]
Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb
- 15.06.2026 [13:09]
"Sabah"ın yeni idman direktorunun adı məlum olub
- 15.06.2026 [13:01]
İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır
- 15.06.2026 [02:26]
Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər
- 14.06.2026 [23:21]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:02]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]