Martinika nümayəndəsi: İstəyirik ki, Fransa ədalət qarşısında cavab versin
Bakı, 20 oktyabr, AZƏRTAC
Bu gün biz ədalətsizlikdən danışırıq. Cənubi Amerikada, Şimali Amerikada, Qəraibdə, ABŞ-da görürük ki, ən kasıb olanlar Afrikadan gələnlərdir. Həmin şəxslər Amerika qitəsinə deportasiya olunanlardır. Fransa bununla məşğul olmaq istəmir. Burada isə insanlar əziyyət çəkirlər.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol deyib.
“Məhsullarımızın 90 faizi Fransa və digər ölkələrə aparılırdı. Orada kənd təsərrüfatı siyasəti elə qurulur ki, biz sərbəst hərəkət edə bilməyək. Müstəmləkəçilik, həmçinin mədəniyyət sahəsinə təsir edir. Biz istəyirik ki, dilimiz fransız dili ilə eyni səviyyədə rəsmi dil olsun. Onlar bundan imtina edirlər. Biz, eyni zamanda, istəyirik ki, Fransa ədalət qarşısında cavab versin. Biz müstəqillik əldə etmək istəyirik. Afrikanın azad olunması bütün dünyanın diqqətində olmalıdır. Afrika diasporu fəal işləməlidir”, - deyə Lyuk Frensis Kerol əlavə edib.
O, eyni zamanda, müstəqilliyin əldə edilməsinin vacibliyini vurğulayaraq bildirib: “Yalnız bundan sonra müstəmləkəçiliyə son qoyulduğunu deyə bilərik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [13:32]
Xalqın inamından tarixi Zəfərə ŞƏRH
- 03.10.2026 [13:07]