MASALLIDA ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Masallı, 20 yanvar (AZƏRTAC). Masallı şəhərindəki “Şəhidlər” abidə kompleksinin önündə Qanlı 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Şəhərdəki abidə kompleksinin önünə gül dəstələri düzülmüş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilmiş, ruhlarına dualar oxunmuşdur.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev 20 il əvvəl rus ordusunun Bakıda törətdiyi qanlı cinayətləri yada salmış, faciəyə hüquqi və siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirmişdir.
Rayon məktəblilərinin ifasında 20 Yanvar faciəsini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Yanvarın 20-də rayonun bütün ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endirilmiş, Bakı vaxtı ilə saat 12-00-da 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]