Masallıda “Xəmsə” milli intellektual oyunu üzrə rayon turunun qalibləri məlum olub
Masallı, 10 aprel, Bağır Əliyev, AZƏRTAC
Masallı Gənclər Mərkəzində rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Xəmsə” milli intellektual oyunu üzrə XI Azərbaycan çempionatının zona mərhələsinə hazırlıq məqsədilə rayon turu keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən yarışda gənclər bilik və bacarıqlarını, intellektual səviyyələrini yoxlayıblar.
Yarışın yekununda Masallı şəhər 5 nömrəli tam orta məktəbin “Viləş”, Sığdaş kənd tam orta məktəbin “Sığdaş”, Masallı Dövlət Regional Kollecinin “Xəmsə” komandaları ilk üç pillədə qərarlaşıblar.
Qaliblərə diplom və hədiyyələr təqdim edilib.
Rayon seçim turunun qalibləri Lerik rayonunda keçiriləcək zona yarışına vəsiqə qazanıblar.