Masallının Qarğalıq kəndində “Şəhidlər bulağı” istifadəyə verilib
Masallı, 5 avqust, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunun Qarğalıq kəndində Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış döyüşçülərin xatirəsini əbədiləşdirmək üçün inşa edilmiş “Şəhidlər bulağı” istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni inşa olunmuş bulaq kompleksində Vətən müharibəsi şəhidləri Elvin Əzizov, Rəfail Hüseynov və Gülşad Xəlilovun şəkilləri mərmər lövhələrə həkk olunub.
Açılış mərasimindəki çıxışlarda qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin ötən il sentyabrın 27-də ölkəmizə qarşı başladığı növbəti təxribata cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində düşmən ağır məğlubiyyətə uğradı. 44 gün davam edən Vətən müharibəsi ordumuzun şanlı Zəfəri ilə başa çatdı, əzəli torpaqlarımız erməni faşizmindən azad olundu.
Sonra söz məktəblilərə verilib. Qarğalıq tam orta məktəbinin şagirdləri şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər. Həmçinin şəhid Elvin Əzizovun qızları Şəhanə və Aybənizin qəhrəmanlarımıza həsr etdikləri şeirləri hər kəsi kövrəldib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [16:15]
Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub
- 17.10.2026 [15:01]
Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB
- 17.10.2026 [14:03]
Füzuli Şəhəri Günündə ustad dərsləri
- 17.10.2026 [13:48]
Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu
- 17.10.2026 [12:54]
Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım
- 17.10.2026 [09:37]
Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim
- 17.10.2026 [08:30]
Bu gün Füzuli Şəhəri Günüdür
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 16.10.2026 [20:00]