MDB MÜŞAHİDƏÇİLƏRİ TACİKİSTANDA PREZİDENT SEÇKİLƏRİ ÜÇÜN HƏR CÜR ŞƏRAİT YARADILDIĞINI BİLDİRİRLƏR
Missiyanın fikrincə, “Tacikistan prezidentinin seçkiləri haqqında” qanunda “Demokratik seçkilərin standartlarına dair konvensiya”nın, MDB dövlətlərində seçki hüquqları və azadlıqlarının əsas müddəaları nəzərə alınmışdır. MDB müşahidəçiləri seçki bülletenlərinin yüksək etibarlılığını və müdafiəsini, habelə onların tacik, rus, özbək və qırğız dillərində çap olunmasını da müsbət hal kimi qiymətləndirirlər.
Bununla yanaşı, müşahidəçilərin qənaətincə, seçkilər haqqında konstitusiya qanunu seçki prosesinin təşkilinə və keçirilməsinə dair ayrı-ayrı normaları təkmilləşdirməyi və dəqiqləşdirməyi tələb edir.
Tacikistanda prezident seçkilərinin gedişini 700-dən çox beynəlxalq müşahidəçi, o cümlədən MDB-nin səkkiz ölkəsindən 230-dan çox müşahidəçi izləyəcəkdir.
Prezident vəzifəsinə beş nəfərin, o cümlədən indiki dövlət başçısı Emoməli Rəhmonovun namizədlikləri irəli sürülmüşdür.