Azərbaycan Dövlət İnformasiya Agentliyi

MDU-da “Heydər Əliyev İli” çərçivəsində keçirilən Respublika elmi konfransının işinə yekun vurulub

Bakı, 13 may, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev-100: müstəqil Azərbaycanın qurucusu və hərtərəfli inkişaf strategiyasının müəllifi” mövzusunda Respublika elmi konfransına yekun vurulub.

Universitetindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə MDU-nun əsas tədris korpusunda Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb və Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Yekun iclasda giriş sözü ilə çıxış edən MDU-nun rektoru Şahin Bayramov universitetdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil edilən konfransa respublikanın elm və təhsil ictimaiyyəti tərəfindən böyük maraq göstərildiyini diqqətə çatdırıb.

Bildirib ki, konfransa ümumilikdə 40 ali təhsil və elmi tədqiqat müəssisəsindən 210 məqalə daxil olub. Konfrans çərçivəsində keçirilən 10 bölmə iclasında maraqlı məruzələrin təqdim edildiyini, faydalı və fəal müzakirələrin aparıldığını diqqətə çatdıran rektor respublika səviyyəli elmi tədbirin uğurla başa çatmasından məmnunluğunu ifadə edib və konfransın təşkilində əməyi olanlara təşəkkürünü bildirib.

Sonra konfransın bölmə rəhbərləri hesabat məruzələri ilə çıxış ediblər.

MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova rəhbərlik etdiyi “Heydər Əliyevin azərbaycançılıq və dövlətçilik ideologiyası” adlı bölmə iclasında Ümummilli Liderin azərbaycançılıq ideologiyasının əsaslarından, multikulturalizm və tolerantlıq siyasətindən, ölkədə vətəndaş cəmiyyətinin formalaşmasında Ulu Öndərin misilsiz xidmətlərindən və tarixi Zəfərə gedən yolda Heydər Əliyev irsinin önəmindən bəhs edildiyini diqqətə çatdırıb.

MDU-nun Mexanika kafedrasının müdiri Mahir İsmayılov rəhbərlik etdiyi “Heydər Əliyevin dövlət və ordu quruculuğu siyasəti” adlı bölmə iclasında müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin xilaskarlıq missiyasından, hüquqi, dünyəvi və demokratik dövlət quruculuğunda, ölkədə peşəkar hərbi kadrların hazırlanmasında və nizami ordunun yaradılmasında dahi şəxsiyyətin tarixi rolundan və uzaqgörən siyasətindən bəhs edildiyini vurğulayıb.

MDU-nun Xarici dillər kafedrasının müdiri Mehdi Rəhimov rəhbərlik etdiyi “Heydər Əliyevin xarici siyasəti” adlı bölmə iclasında dünyaşöhrətli siyasətçi Heydər Əliyevin Qarabağ münaqişəsinin ədalətli həlli, regionda sülh, əməkdaşlıq və təhlükəsizliyin möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq arenada nüfuzunun gücləndirilməsi və diaspor quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu xarici siyasət strategiyasından bəhs olunduğunu bildirib.

MDU-nun İqtisadiyyat kafedrasının müdir əvəzi Arif Tağıyev rəhbərlik etdiyi “Heydər Əliyevin davamlı iqtisadi inkişaf strategiyası” adlı bölmə iclasında ölkəmizin müstəqilliyinin güclənməsinin və müasir inkişafının əsasını təşkil edən Ulu Öndərin uğurlu neft strategiyası, Azərbaycanın davamlı sosial və iqtisadi tərəqqi yoluna qədəm qoymasında və iqtisadi qüdrətinin artmasında dahi şəxsiyyətin müəllifi olduğu hərtərəfli inkişaf kursu barədə danışıldığını qeyd edib.

MDU-nun Təhsil fakültəsinin dekan müavini Flora Namazova rəhbərlik etdiyi “Heydər Əliyevin Azərbaycan dili və ədəbiyyatının inkişafı siyasəti” adlı bölmə iclasında Ümummilli Liderin ana dilinin inkişafına və cəmiyyətin milliləşməsinə yönələn uğurlu siyasətindən, Azərbaycan ədəbiyyatına və incəsənətinə qayğısından, sağlam və peşəkar mətbuatın formalaşmasında dahi şəxsiyyətin rolundan bəhs edildiyini diqqətə çatdırıb.

MDU-nun İnformasiya texnologiyaları kafedrasının müdiri Aidə Mustafayeva rəhbərlik etdiyi “Heydər Əliyevin elm siyasəti” adlı bölmə iclasında ümummilli lider Heydər Əliyevin uğurlu elm siyasətindən, Azərbaycanda elmin inkişafına və elm adamlarına göstərdiyi yüksək diqqət və qayğıdan danışıldığını vurğulayıb.

MDU-nun Təhsil fakültəsinin dekanı Nizami Zeynalov rəhbərlik etdiyi “Heydər Əliyevin təhsil siyasəti” adlı bölmə iclasında Ulu Öndərin adı ilə bağlı olan milli təhsil strategiyasının uğurlu nəticələrindən və perspektivlərindən bəhs olunduğunu bildirib.

MDU-nun Humanitar fənlər kafedrasının dosenti Namaz Manafov rəhbərlik etdiyi “Heydər Əliyevin mədəni və milli-mənəvi inkişaf siyasəti” adlı bölmə iclasında Heydər Əliyevin hakimiyyətdə olduğu illərin müasir Azərbaycan mədəniyyətinin intibah dövrü kimi dəyərləndirildiyini, milli-mənəvi dəyərlərimizin qorunmasında Ulu Öndərin əvəzsiz xidmətlərindən danışıldığını qeyd edib.

MDU-nun Sənayenin təşkili və idarə edilməsi kafedrasının baş müəllimi Ruhiyyə Hüseynova rəhbərlik etdiyi “Heydər Əliyevin gənclərin inkişafı siyasəti” adlı bölmə iclasında Ümummilli Liderin əsasını qoyduğu gənclər siyasətinin gənc nəslin hərtərəfli inkişafında əvəzsiz rolundan, müasir Azərbaycan gəncliyinin yüksək milli-mənəvi və vətəndaşlıq ruhunda formalaşmasında Heydər Əliyev irsinin önəmindən bəhs edildiyini diqqətə çatdırıb.

MDU-nun Sənayenin təşkili və idarə edilməsi kafedrasının müdiri Emiliya Hüseynova rəhbərlik etdiyi “Heydər Əliyevin iqtisadiyyatın sahələri üzrə inkişaf siyasəti” adlı bölmə iclasında Ulu Öndərin ölkə iqtisadiyyatının sənaye, kənd təsərrüfatı və xidmət sahələrinin dinamik inkişafında misilsiz xidmətləri və titanik fəaliyyətləri barədə məruzələrin təqdim edildiyini vurğulayıb.

Bildirilib ki, konfrans iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Konfransın materiallarının toplusu kitab şəklində çap olunacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® Formula 1 həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

BDU-nun magistrantları Kəpəz zirvəsinə yürüşdə iştirak ediblər

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH