Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Mədəniyyət/Culture” jurnalının 55 illiyi qeyd olunub

Bakı, 8 oktyabr, Emil Məlikov, AZƏRTAC

Bakı Ekspo Mərkəzində VIII Beynəlxalq Kitab Sərgisi çərçivəsində Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru Zöhrə Əliyevanın baş redaktorluğu ilə nəşr olunan “Mədəniyyət/Culture” jurnalının fəaliyyətə başlamasının 55 illiyi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, nəşrin slayd-şou ilə təqdimatını nümayiş etdirən Zöhrə Əliyeva “Mədəniyyət/Culture” jurnalının kontentində başlıca mövzulardan birinin də “Vahid türk dünyası” və onun inkişafda olan mədəniyyəti mövzusu olduğunu deyib: “Kitab sərgilərimiz hər zaman belə möhtəşəm keçirilir və bu çox gözəl bir təşəbbüsdür. Biz Azərbaycanda fəaliyyət göstərən bütün sənət və mədəniyyət ocaqları ilə, müqtədir müəlliflərlə əməkdaşlıq edirik. Jurnalımızın müxtəlif rubrikaları sırasında “Nizami-880” rubrikası yaradaraq, daha sonra eyniadlı xüsusi buraxılışı nəşr etdik və bu oxucunun inanılmaz marağına səbəb oldu. Bundan əvvəl isə “Nəsimi-650” xüsusi buraxılışına görə “Humay” mükafatına layiq görüldük. Mütəmadi olaraq Azərbaycan, özbək, türk ədəbi əlaqələri və s. mövzularda məqalələr yerləşdiririk. “Mədəniyyət/Culture” jurnalı əvvəllər müxtəlif adlarla çap olunsa da eyni jurnalın mənəvi varisidir və biz gözəl ənənələri ləyaqətlə davam etdirərək bu gün onun 55 illiyini qeyd edirik. Jurnal 1000 tirajla çap olunur və Azərbaycanın bütün regionlarına göndərilir. Biz jurnalın mənəvi simasının daim inkişafa doğru dəyişməsi naminə maksimum dərəcədə işlər görmüşük və yenə də görürük. Dediyim kimi, jurnalımızın Azərbaycan mədəniyyətini təbliğ edən müxtəlif rubrikaları var. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrlər siyahısına daxil edilib və nəşrin “Elm” rubrikasında hər dəfə təxminən 20-25 elmi məqalə dərc olunur. Belə ki, jurnal ölkənin elm adamlarının böyük marağına səbəb olub və hətta bir çox alimlərimiz öz məqalələrini məhz bu jurnalın səhifələrində görmək istəyirlər. Peşəkar musiqiçilərimizdən bizə müraciətlər olunur, bu da bizim üçün çox sevindirici haldır. Bizim oxucu əhatəmizin əsas hissəsi həm də region oxucusu olduğu üçün “Bizə yazırlar” rubrikamız çox məşhurdur. Jurnalda, həmçinin öz doğma dilimizlə bərabər bir çox dillərdə də məqalələr çap olunur. Həmkarlarımızı da unutmuruq, biz jurnalistlərimiz və fotoqraflarımız haqqında da jurnalımızda layihə işləmiş və bir il boyu onu davam etdirmişik. Rubrikalarımız mütəmadi olaraq yenilənir. “Qarabağ Azərbaycandır”, “Səhnədən hərb meydanına”, “Mədəniyyətdən əbədiyyətə”, “Multikulturalizm”, “Ədəbiyyat”, “Musiqi”, “Teatr” və s. mövzular bizim əsas mövzularımızdır. Həmçinin “Uzaqdakı yaxınlar” rubrikamız var ki, burada bizim xaricdə yaşayan mədəniyyət xadimlərimiz, sənətçilərimiz barədə gözəl reportajlar çap olunur. Başda mədəniyyət naziri Anar Kərimov olmaqla bir çox tanınmış ziyalılarımız, akademik və elmlər doktorları jurnalın idarə heyətinin üzvləridir. Onlar da öz məqalələrini jurnalımızın səhifələrində görməkdən məmnun olurlar”, - deyə Zöhrə Əliyeva bildirib.

2015-ci ildən “Mədəniyyət/Culture” jurnalına rəhbərlik etdiyini vurğulayan Z.Əliyeva nəşrin gələcək perspektivlərindən söhbət açıb: “Jurnal 1967-ci ildən fəaliyyətdədir. Bu müddət ərzində jurnalın bir neçə dəfə adı dəyişib. Jurnalın təsisçisi Mədəniyyət Nazirliyidir. Çalışırıq ki, jurnal oxucunun marağına səbəb olsun və qarşıya qoyduğu missiyanı yerinə yetirsin. Bizə ünvanlanan oxucu məktublarında jurnalın öz adını doğrultduğunu eşidirik, bu da bizi çox sevindirir və işimizə məsuliyyətimizi daha da artırır".

Yazıçı, jurnalist, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid bu tədbirdə iştirakından məmnunluğunu bildirib: “Jurnalınız haqqında ətraflı məlumat verdiniz. Sevgi və şövqlə danışdınız. İnsanın sənətinə, öz gördüyü işinə bu cür sevgisi bizə də ruh verir və bu çıxışınızda öz gördüyünüz işinizə böyük hörmət, ehtiram var idi. Jurnalınızın 55 yaşını təbrik edirəm. Bu gün burada Bakı Beynəlxalq Kitab Sərgisində doğma və əziz insanları görmək insanda fərqli təəssüratlar yaradır. Bu cür insanlarla belə bir kitab bayramında rastlaşmaq xoşdur. Buna görə də mən Mədəniyyət Nazirliyinə təşəkkür edirəm ki, davamlı şəkildə belə vacib və gözəl ənənələrə sadiq qalaraq bu cür kitab sərgiləri keçirirlər. Biz ötən ay Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş yubiley mərasimində də olduq və çox gözəl tədbir keçirildi. Bu sevindirici haldır ki, ölkəmizdə bir-birinin ardınca belə mötəbər yığıncaqlar, tədbirlər təşkil olunur”.

Ədəbiyyatşünas, professor Asif Rüstəmli də öz təbrikini çatdırıb: “Mən də bu təbriklərə qoşuluram və qeyd etmək istəyirəm ki, Cümhuriyyətdən əvvəlki dövrü nəzərə alsaq o dövrlərdə çap olunan jurnallarımızdan çoxu müxtəlif səbəblərdən fəaliyyət göstərə bilməyib. Bu gün bizim burada qeyd etdiyimiz “Mədəniyyət/Culture” jurnalının 55 yaşı çox dolğun yaşdır və böyük uğurdur. Bu jurnal yalnız Azərbaycan mədəniyyətini əhatə etmir, o həmçinin daha geniş xronoloji çərçivədə özünü təqdim edir. Burada elmi tədqiqat işləri, elmi araşdırmalar, eyni zamanda, Azərbaycan mədəniyyətinin görkəmli şəxsiyyətləri haqqında araşdırmalar yer alır. Bu isə çox təqdirə layiq addımdır”.

Musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə jurnal əməkdaşlarına xoş arzularını bildirərək deyib: “Çox şadam ki, mən bu gün bu tədbirə qoşula bildim. Neçə vaxtdır Üzeyir Hacıbəyli festivalından başlayaraq musiqi həyatımız çox zəngin, eləcə də rəngarəng keçir. Jurnalınızın 55 yaşı münasibətilə sizi və bütün əməkdaşlarınızı təbrik etmək istəyirəm və sizin AZƏRTAC-a verdiyiniz müsahibəni də oxudum, anladım ki, sizin bu işdə olan əziyyətləriniz, eyni zamanda, uğurlarınız təqdirəlayiqdir, alqışlanandır. Jurnalın hazırkı obrazı çox fərqlidir və bu gün bu jurnal həqiqətən biz sənətşünaslar, həmçinin musiqişünaslar arasında çox böyük nüfuz qazanıb. Mən özüm də dəfələrlə bu jurnala məqalələr vermişəm. Mənim Zöhrə Əliyeva ilə tanışlığım uzun illərə söykənir və o, illərlə televiziyada mədəniyyətə dair verilişlər aparıb. O, bütün bu mədəniyyət sahəsinə çox gözəl bələddir və belə bir təcrübə də özünü bu jurnalda büruzə verir. Mən bunu çox yüksək dəyərləndirirəm və Zöhrə xanıma gələcək işlərində də uğurlar arzulayıram”.

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli jurnalın fəal oxucularından olduğunu vurğulayaraq qeyd edib ki, jurnalın özünü tapmayanda elektron versiyasını böyük həvəslə oxuyur: “Son nömrələrin birində mənim də Nizami Gəncəvi ilə bağlı materialım çap olunub. Bu yazı Nizami metrostansiyasında olan onun əsərlərindən ibarət illüstrasiyalar haqqında olan yazıdır. Yazımın bu jurnalda dərc edilməsindən qürur duyuram. Mən ilk dəfə Zöhrə xanımı televiziyada tanımışam. AzTV-də veriliş aparırdı və verilişin də bu günlə səsləşən çox romantik adı var idi - “Kitab köşkü”. Televiziyamızın tarixində ən intellektual aparıcılardan biri də Zöhrə Əliyevadır. Çox sevinirəm ki, Zöhrə xanım həmin ruhla, məsləklə, sevgi ilə bu işini “Mədəniyyət/Culture” jurnalına verir. Qeyd etmək istərdim ki, keçirilən bu kitab sərgisi də möhtəşəmdir. Hər bir kitab abidədir və bizdə jurnal mədəniyyətinin də ayrıca yeri var. XX əsrin əvvəllərindən bu yana açılan qəzetlər və təşkilatların adında iki söz daha çox vurğulanır - maarif və mədəniyyət. Maariflə mədəniyyət bir yerdə olanda isə daha gözəl olur. Hesab edirəm ki, “Mədəniyyət/Culture” jurnalı bu gün bizim təkcə mədəniyyətimiz üçün deyil, ümumən həyata, sənətə, teatra, kinoya və bununla birgə insanlığa bir işıqdır. Bu özlüyündə bir estetikadır, gözəllikdir. Zöhrə xanım başda olmaqla, bu işləri ərsəyə gətirən yaradıcı kollektivə təşəkkür edirəm”.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, şair Akif Azal müəllifi olduğu “Xarıbülbül” şeirini səsləndirib.

Sonda jurnalın baş redaktoru Zöhrə Əliyeva Mədəniyyət Nazirliyinə və iştirakçılara, qonaqlara təşəkkürünü bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Medvedev: Zaporojye Atom Elektrik Stansiyasının dağıdılması halında simmetrik zərbə endirilə bilər

Sabah Moskvada gözlənilən hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq verilib

Sabah Masazırın bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq

PSJ ardıcıl 2-ci dəfə Çempionlar Liqasının qalibi olub

Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb

Media: “Hizbullah” İsrailin şimalına hava zərbələri endirib

FHN Şərurda bir nəfəri sel təhlükəsindən xilas edib

Volfqanq Kubitski Almaniyanın Azad Demokratlar Partiyasının sədri seçilib

Bu saata olan əsas xəbərlər

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəf bazarları sırasında yer alıb

Berlində fəaliyyət göstərən türk icmasının üzvləri Qurban bayramını birlikdə qeyd ediblər

Qazaxıstanda dəmir yolunda baqajın rəqəmsal rəsmiləşdirilməsi sistemi sınaqdan keçirilir

Naxçıvanda “Şam işığında retro” adlı gecə

Qazaxıstanın Kostanay şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa

Türkiyədə rekord buğda məhsulu proqnozlaşdırılır

Son 10 ildə ölkəmizdə gülçülük yenidən inkişaf etməyə başlayıb - RƏY

Britaniyalı nazir: Azərbaycan Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində vacib tərəfdaşdır

Tallində Azərbaycan Xalq Cümhuriyyətinin 108-ci, Azərbaycan icmasının 38-ci ildönümü qeyd olunub

Prezidentin Qarabağa səfəri “Böyük Qayıdış” Proqramının uğurla davam etdirildiyini göstərir - ekspert rəyi

Birinci Qax Kitab Sərgisi başlayıb

Niyazinin mənzil-muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisindən növbəti qələbə

Assosiasiya sədri: Meyvə-tərəvəz və istixana sektorunun inkişafı ilə bağlı hədəflər böyük əhəmiyyət daşıyır

Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir VİDEO

Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir VİDEO

“Kəpəz” baş məşqçisi ilə yollarını ayırıb

“Liverpul”un baş məşqçisi istefaya göndərilib

Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir

Çempionlar Liqasının finalı öncəsi Budapeştdə bir neçə insident qeydə alınıb

Azərbaycan atleti Avropanın Kiçik Ölkələrinin Çempionatında bürünc medal qazanıb

Premyer Liqa klubu ukraynalı futbolçu ilə yollarını ayırıb

Bu gün Qarabağ və Şərqi Zəngəzur şəhərsalmanın müasir, təkmil təcrübəsinin dünyaya təqdimatı ilə diqqətdədir - ŞƏRH

Ərik diyarı Samux festival ab-havasına bürünəcək

“Şadam ki, nəvələrim bu yerlərdə böyüyəcək” – Böyük Qaladərəsi kəndindən reportaj VİDEO

“Şadam ki, nəvələrim bu yerlərdə böyüyəcək” – Böyük Qaladərəsi kəndindən reportaj VİDEO

Dalya Altuntepe: WUF13 iştirak etdiyim beynəlxalq forumlar arasında ən yüksək peşəkarlıqla təşkil olunmuş tədbir idi VİDEO

Dalya Altuntepe: WUF13 iştirak etdiyim beynəlxalq forumlar arasında ən yüksək peşəkarlıqla təşkil olunmuş tədbir idi VİDEO

Ombudsmanların beynəlxalq konfransında Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışılıb

Münxen aeroportu dron təhlükəsi ilə əlaqədar müvəqqəti bağlanıb

Kənd təsərrüfatı məhsullarının ixrac imkanları: Ənənəvi bazarlardan yeni bazarlara keçid

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

ETX məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirmə tədbirlərini davam etdirir

Oğuzda baş verən qəzada 2 nəfər xəsarət alıb VİDEO

Oğuzda baş verən qəzada 2 nəfər xəsarət alıb VİDEO

Bakıda şiddətli külək nəticəsində 41 ağac sınıb

Gürcüstanda QHT rəhbəri casusluq ittihamı ilə həbs edilib

Bu saata olan əsas xəbərlər

Azərbaycan neftinin qiyməti 98 dollar olub

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Rusiya Ermənistandakı səfirini geri çağırıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını 5 qələbə ilə başa vurub

Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda VİDEO

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda VİDEO

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib VİDEO

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib VİDEO

Pentaqon rəsmisi: Azərbaycanı geostrateji tərəfdaş hesab edirik

Qaxda 4 tondan artıq çətənə kolu məhv edilib

Bu gün UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq

Qəbələ və Oğuz rayonlarında təbii fəlakətin fəsadları aradan qaldırılır

Sonata Koulter: ABŞ Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalamaqdan olduqca məmnundur VİDEO

Sonata Koulter: ABŞ Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalamaqdan olduqca məmnundur VİDEO

Ketrin Votrin: Fikir ayrılıqlarına baxmayaraq, Fransa və ABŞ müttəfiqdir

Pit Heqset: ABŞ bir sıra silah növlərinin istehsalını artıracaq

Litvanın müdafiə naziri Belarusdan gələn hava şarlarını ölkəsi üçün təhlükə adlandırıb

Daha bir ölkə uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırır

Kuba və ABŞ hərbçiləri arasında mühüm görüş baş tutub

Sındırqıda yenidən zəlzələ olub

Ağ Ev: Prezident Tramp ABŞ-nin xeyrinə olan bir razılaşma əldə edəcək

Dünyanın ən böyük qızıl ehtiyatına malik ölkələr – SİYAHI

Böyük Britaniyanın hərbi təyyarələri Rumıniya səmasında

İsrail ordusunun Livana son hücumları nəticəsində 11 nəfər həlak olub

İran yığması FIFA-dan cavab gözləyir

Kaluqa və Tambov hava limanlarında məhdudiyyətlər tətbiq olunub

Rubio: ABŞ Türkmənistanın təbii qaz ixracının Trans-Xəzər marşrutları vasitəsilə şaxələndirilməsinə dəstək verir

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırdı

Türkiyənin bir neçə əyalətində sel, torpaq sürüşmələri baş verib

Beynəlxalq maliyyə qurumları Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

Rumıniya hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı NATO-ya müraciət edib

Çinin “Şencou-21” missiyasının astronavtları Yerə qayıdıblar VİDEO

Bakıda və Abşeron yarımadasında dolu yağması ehtimal edilir

Hazırda müşahidə olunan hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edilib VİDEO

Hazırda müşahidə olunan hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edilib VİDEO

Strasburqda Müstəqillik Günü münasibətilə ziyafət təşkil olunub

Müstəqillik Günü San-Pauloda xüsusi işıq proyeksiyası və vizual nümayişlə qeyd olunub

Vladimir Putin: Ukraynadakı vəziyyət döyüş meydanında müəyyənləşir

Tələbə: WUF13 mənə şəhərlərin inkişafına dair daha fərqli yanaşma qazandırdı

Vladimir Putin Ermənistanın Aİİ-dən mümkün çıxışına münasibət bildirib

Azərbaycanın Müstəqillik Günü Brüsseldə qeyd edilib

2026–2030 Dövlət Proqramı islahat paketi kimi qiymətləndirilməlidir - ŞƏRH

Subsidiyadan məhsuldarlığa: Kənd təsərrüfatında yeni hədəflər VİDEO

Subsidiyadan məhsuldarlığa: Kənd təsərrüfatında yeni hədəflər VİDEO

BMT-nin Baş Qərargahında Müstəqillik Gününə həsr olunmuş qəbul təşkil edilib

Müstəqillik Günündə Qarabağa səfər dövlət-xalq birliyinin ən parlaq nümunəsidir - ŞƏRH

Xankəndidə çay və qəhvə festivalı VİDEO

Xankəndidə çay və qəhvə festivalı VİDEO

Daşkənddə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib VİDEO

Daşkənddə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib VİDEO

Bu saata olan əsas xəbərlər

Almaniya Kansleri: Biz NATO ərazisini müdafiə etməyə hazırıq

İçərişəhərdə “Qarabağ mədəniyyət xəritəsi - Hər rayonun öz səsi” festivalı təşkil olunub VİDEO

İçərişəhərdə “Qarabağ mədəniyyət xəritəsi - Hər rayonun öz səsi” festivalı təşkil olunub VİDEO

Kolumbiya radiosunda 28 May – Müstəqillik Gününün əhəmiyyətindən bəhs olunub

Tramp İranla bağlı son qərar vermək üçün Ağ Evdə komandası ilə görüşür

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisi pley-offa yüksəlib

İsveç cinayətkarlıqla mədəniyyət kontekstində mübarizə aparmaq niyyətindədir

Çexiyada Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil edilib YENİLƏNİB

Sənət, ruh və rənglərin harmoniyası: samuxlu rəssamın yaradıcılıq dünyası

Azərbaycan teatrı Kişineuda beynəlxalq festivalda təmsil olunub

“Tengiz” yatağındakı qəzanın təhlükə yaratmadığı bildirilib

Yağışlı hava ilə bağlı sürücülərə müraciət olunub

Xocalıda istehsal olunan tekstil məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək VİDEO

Xocalıda istehsal olunan tekstil məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək VİDEO