MƏDƏNİYYƏT EVLƏRİ SİMASINI DƏYİŞİR
Ağdaş şəhərinin mərkəzindəki Füzuli adına mədəniyyət sarayında əsaslı təmir, yenidənqurma işləri başa çatdırılmış, görkəmini itirmiş mədəniyyət evinin isə əsaslı təmirinə başlanmışdır. İcra hakimiyyətində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, şəhərin hər iki mədəniyyət obyekti idarə, müəssisə və təşkilatların könüllü vəsaiti, maddi yardımı ilə təmir olunur.