Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirib
Bakı, 12 oktyabr, AZƏRTAC
Pakistan Silahlı Qüvvələri Əfqanıstanla sərhəddə terror qruplaşmalarına dəstək verdiyi bildirilən 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Geo” telekanalı təhlükəsizlik mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, bu, Əfqanıstan tərəfdən edilən hücumlara cavab olaraq həyata keçirilən hərbi əməliyyatın nəticəsidir. Bildirilir ki, əməliyyat zamanı İŞİD və “Pakistan Talibanı”na bağlı silahlı qruplar məhv edilib.
Əməliyyatda artilleriya, tanklar, təyyarələr və dronlardan istifadə olunub. Pakistan tərəfi vurğulayıb ki, əməliyyatlar yalnız yaraqlıların mövqelərinə qarşı yönəlib və mülki əhali hədəf deyil.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:44]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [13:38]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO
- 03.10.2026 [13:12]
Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub
- 03.10.2026 [13:04]