Mediasiya Şurasının üzvü olan qadınların sayı açıqlanıb
Bakı, 17 sentyabr, AZƏRTAC
Hazırda Mediasiya Şurasında 367 üzv fəaliyyət göstərir. Həmin üzvlərin 95-i qadındır.
AZƏRTAC xəbər verir ki, bunu Mediasiya Şurasının İdarə Heyətinin üzvü Əli Nəbiyev “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi Qrupunun iclasında deyib.
O bildirib ki, xüsusilə də qadınlar Mediasiya Şurasının tərkibində formalaşmış rəhbər həyətlərdə də təmsil olunurlar.
“Eyni zamanda, İdarə Heyətinin üzvləri arasında da qadın təmsilçi var. Bundan əlavə, mediasiya təşkilatlarının bir çoxunun da rəhbəri qadındır. Həmçinin Mediasiya Şurasının tərkibində olan komissiyaların və komitələrin üzvlüyündə də qadınlar təmsil olunmaqdadır”, - deyə Ə.Nəbiyev vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:32]
“Tərtər” bazarında yoxlama aparılıb
- 09.06.2026 [12:24]
Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq
- 09.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 09.06.2026 [11:39]
Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb
- 09.06.2026 [11:35]
Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
- 09.06.2026 [11:31]
Dərmanların təhlükəsizliyi necə qorunur?
- 09.06.2026 [11:27]