Məhəmməd Cavad Zərif: Nüvə razılaşmasını dəfn etmək hələ tezdir
Tehran, 4 sentyabr, AZƏRTAC
ABŞ və Avropa dövlətləri ilə imzalanmış nüvə razılaşmasını dəfn etmək hələ tezdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib. O bildirib ki, Avropa dövlətləri üzərlərinə düşən öhdəliyi yerinə yetirmədilər. Əgər nüvə razılaşması tamamilə qüvvədən düşsə onda uduzan yalnız İran olmayacaq, Avropa İttifaqı ilə yanaşı, ABŞ-da uduzacaq.
Xatırladaq ki, 2015-ci ildə ABŞ və bir sıra Avropa dövlətləri İranın nüvə proqramının məhdudlaşdırılması haqqında saziş imzalayıb. Lakin ABŞ prezidenti sazişdən birtərəfli qaydada çıxdıqdan sona Fransa, Böyük Britaniya və Almaniya saziş üzrə üzərlərinə düşən öhdəliyi yerinə yetirmədilər. Bu dövlətlər İrandan neft almaqdan imtina etməklə yanaşı, maliyyə hesablaşmaları üçün də sistem yaratmadılar.
Bundan sonra İran da üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən qismən imtina etməyə başlayıb. Rəsmi Tehran nüvə tədqiqatlarını bərpa edib və uranın zənginləşdirilməsi işinə başlayıb. İran bəyan edib ki, Avropa dövlətləri öhdəliklərinə əməl etməsə, uranı sazişdə nəzərdə tutulmuş həcmdən çox zənginləşdirəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
- 15.06.2026 [12:02]
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]