Meksikada daşqınlar nəticəsində ölənlərin sayı artıb
Bakı, 12 oktyabr, AZƏRTAC
Meksikanın mərkəzi və sahillərini vuran daşqınlar nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, səlahiyyətlilər yüzlərlə evin zədələndiyini, onlarla körpünün və yolun dağıldığını bildirib. Bir neçə kənd rabitəsiz və işıqsız qalıb.
Meksikanın hidrometeorologiya xidməti xəbərdarlıq edib ki, bir neçə bölgədə təkrar güclü yağışlar gözlənilir. Bu da daha çox daşqın, torpaq sürüşməsi və dağıntılara səbəb ola bilər.
Daha əvvəl leysan yağışlar nəticəsində azı 24 nəfərin öldüyü bildirilirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:44]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [13:38]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO
- 03.10.2026 [13:12]
Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub
- 03.10.2026 [13:04]