Meksikada miqrasiya mərkəzində yanğın zamanı 39 nəfər həlak olub
Bakı, 28 mart, AZƏRTAC
Meksikanın Syudad-Huares şəhərindəki miqrasiya mərkəzində baş verən yanğın nəticəsində azı 39 nəfər həlak olub.
AZƏRTAC “Milenio” qəzetinə istinadla xəbər verir ki, həlak olanların böyük əksəriyyəti mühacirlərdir.
Yanğın zamanı, həmçinin 100-ə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb və ya tüstüdən zəhərlənib. Onların bəzilərinin vəziyyəti ağırdır. Yanğının tutularaq ABŞ-lə sərhəddəki miqrasiya mərkəzinə yerləşdirilən mühacirlər tərəfindən törədildiyi güman edilir.
Son aylar Syudad-Huares şəhərinə əksəriyyəti Venesueladan olan minlərlə mühacirin gəldiyi bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]