Məktəb idarəetməsi mövzusunda müzakirə aparılıb
Bakı, 6 aprel, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva məktəbin səmərəli idarə edilməsi mövzusunda çıxış edib.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, Təhsil İdarəçiləri Assosiasiyasının “Facebook” səhifəsi üzərindən keçirilən müzakirədə Mehriban Vəliyeva təhsil müəssisəsinin səmərəli idarə edilməsində məktəb rəhbərinin əsas fəaliyyət istiqamətləri, uğurlu məktəb modelinin yaradılmasında əməkdaşlığın rolu, daxili monitorinqin təşkili və digər məsələlər barədə danışaraq, izləyiciləri maraqlandıran suallara aydınlıq gətirib.
Qeyd edək ki, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı ilə hər həftənin bazar ertəsi yayımlanan “Bələdçi” proqramının məqsədi təhsil sahəsində aktual problemlərin həllinə bələdçilik etmək, təhsildə keyfiyyəti yüksəltmək yolları barədə fikir mübadiləsi aparmaqdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [20:49]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [19:56]
BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir
- 12.06.2026 [18:20]
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub
- 12.06.2026 [18:04]