Məktəbli şahmatçılar arasında sürətli şahmat üzrə onlayn Qran-Pri turniri keçiriləcək
Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 19-dan 26-dək “Təhsil” Respublika İdman Mərkəzinin şahmatçıları arasında sürətli şahmat üzrə onlayn Qran-Pri turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Qran-Pri turnirində 17 yaşadək (2003-cü il təvəllüdlü və daha kiçik yaşlı) məktəblilər, o cümlədən Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən UGİŞM-lərin və şahmat klublarının qeyd olunan yaşadək şahmatçıları iştirak edə bilərlər.
Qran-Pri yarışları 7 mərhələdən ibarətdir. İlk 6 mərhələ seçmə, 7-ci mərhələ isə final xarakteri daşıyır. Seçmə mərhələlərdə yarışlar İsveçrə sistemi ilə keçirilir və 11 turdan ibarət olacaqdır. Oyuna nəzarət vaxtı 3 dəqiqədir (artımsız).
www.chess.com internet portalı üzərindən keçiriləcək turnir karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkil olunması, sürətli şahmat üzrə qaliblərin müəyyən edilməsi, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılması məqsədini daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:01]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]