Məktəblilər üçün yeni formatda teledərslər təqdim olunub
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 12-də “Mədəniyyət” telekanalında “İnteqrativ dərslər” formatında teledərslər təqdim olunub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məktəblilər V sinif üzrə həyat bilgisi-fiziki tərbiyə, VI sinif üzrə riyaziyyat-təsviri incəsənət, VII sinif üzrə tarix-coğrafiya, VIII sinif üzrə ədəbiyyat-tarix, IX sinif üzrə biologiya-fizika, X sinif üzrə ingilis dili-kimya və XI sinif üzrə coğrafiya-biologiya fənlərindən inteqrativ dərsləri izləyiblər. Bu dərslər Təhsil Nazirliyinin “Facebook” səhifəsində yerləşdirilib.