Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məlahət İbrahimqızı: Erməni xalqı Paşinyan rejiminin girovuna çevrilib

Məlahət İbrahimqızı: Erməni xalqı Paşinyan rejiminin girovuna çevrilib

Bakı, 6 avqust, Səadət Hakıyeva, AZƏRTAC

Azərbaycan da daxil olmaqla, bütün dünya ölkələri koronavirus pandemiyasından əziyyət çəkir. Pandemiyanın təsirləri hər bir sahədə özünü büruzə verir. Ölkəmizdə koronavirusla mübarizə istiqamətində dövlətimiz tərəfindən çox mükəmməl müdafiə sistemi yaradılıb. Koronaviruslu xəstələrin müvafiq şəraitdə müalicə almaları üçün hər bir şərait var. Virusun ölkəmizdə yayılmağa başladığı ilk günlərdən bütün zəruri tədbirlər görülüb. Dövlətimiz tərəfindən Dəstək Proqramı həyata keçirilir, vəziyyət nəzarətdə saxlanılır. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və qəbul edilir. Ölkəmiz koronavirusla mübarizədə ÜST-ə və dünyanın 30-dan çox ölkəsinə maliyyə yardımı göstərib. Amma bunu bədnam qonşumuz işğalçı Ermənistan haqqında demək mümkün deyil.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

Deputat onsuz da kasıb ölkə olan Ermənistanda vəziyyətin daha da kritik olduğunu və maliyyə yardımı üçün digər ölkələrə üz tutduğunu qeyd edib. Bildirib ki, əhali, xüsusilə də, gənclər ölkəni tərk edərək dolanışıq üçün başqa ölkələrə üz tuturlar. Bu da təbii ki, əhalinin sayının azalmasına səbəb olur: “Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayan təcavüzkar Ermənistana İran sərhədi açmasaydı, onun vəziyyəti daha pis olardı. Hazırda bu ölkə xarici ölkələrin, müxtəlif beynəlxalq təşkilatların maliyyə yardımı hesabına dolanır. Büdcəsi və iqtisadiyyatı xaricdən, beynəlxalq təşkilatlardan asılı olan ölkədə acınacaqlı vəziyyət yaranıb və Ermənistan iflasa doğru gedir. Erməni xalqı Paşinyan rejiminin girovuna çevrilib. 2 milyona yaxın əhalisi olan ölkədə 40 mindən artıq koronaviruslu xəstə var. Dərman, çarpayı çatışmır. Digər tərəfdən ölkədə müxalif fikirli hər kəsə qarşı çox sərt repressiya tətbiq edilir. Müxalifətin təmsilçilərinə qarşı müxtəlif qadağalar və məhdudiyyətlər qoyulur. Bəziləri səbəbsiz cinayət məsuliyyətinə cəlb edilir. Bir qrup hüquq müdafiəçisi isə təqib və nəzarət altında saxlanılır. Ölkədə elə bir diktatura rejimi yaradılıb ki, həbs olunmuş müxalifət nümayəndələrinə hətta vəkil belə tutmağa imkan verilmir”.

M.İbrahimqızı təəssüfləndiyini bildirib ki, təcavüzkar ölkə daxilindəki problemləri həll etmək, vətəndaşların məmnunluğunu təmin etmək yerinə yenə də öz təcavüzkar, işğalçı niyyətindən əl çəkmir. Qeyd edib ki, bədnam qonşumuz nəinki bizim ölkəyə, digər qonşu ölkələrə-Türkiyə, Gürcüstana da ərazi iddiasındadır: “Ermənistan Türkiyəni soyqırımında günahlandırır. Əslində, o özü ən qəddar cinayətkardır və Xocalıda törədilənlər ən böyük soyqırımıdır. Ermənilərin tarixi saxtadır. Tarixi saxtalaşdırmaq sanki onların peşəsinə çevrilib”.

Deputat Ermənistan Ordusunda vəziyyətin acınacaqlı olduğunu bildirib. Onun sözlərinə görə, orduda əsgərlərin koronavirusa yoluxması çox geniş yayılıb. Bunu Ermənistanın Müdafiə Nazirinin sözcüsü Şuşan Stepanyan da təsdiq edib. Belə ki, 1 iyul tarixində hərbi xidmətə çağırış başlayandan iyulun 30-na kimi 30 əsgərdə koronavirus aşkarlanıb.

“Tovuz istiqamətində törətdiyi hərbi təxribatdan sonra dünya “demokrat pərdəsi” altında özünü gizləyən Ermənistanın yalanlarına, artıq inanmır. Məlum hadisələrdən sonra təcavüzkar ölkənin iç üzü bir daha ortaya çıxdı. Dünya ölkələri, beynəlxalq ictimaiyyət son günlərdə onların təcavüzkarlığının bir daha şahidi oldu. Tovuz rayonunun işğalçı ölkənin ərazi iddiasında olduğu Qarabağa heç bir dəxli yoxdur. Son hadisələr, hərbi təxribat və ardınca Azərbaycanın Avropada, Rusiyada və ABŞ-da olan diplomatik nümayəndəliklərinə, dinc aksiya keçirən soydaşlarımıza qarşı törədilən təcavüz aktları bir daha göstərdi ki, Ermənistan sülh istəmir. Halbuki aksiyalar sivil qaydada, həmin ölkənin qanunlarına uyğun şəkildə aparılırdı. Erməni diasporu terror təşkilatlarına, xüsusilə də, “ASALA”ya çox arxalanır. Amma Azərbaycan diasporu bütün qüvvələri səfərbər edərək haqq işimiz uğrunda güclü birlik və fəallıq nümayiş etdirdi. Ermənistan və erməni diasporu bu fəallığın qarşısında aciz qaldı. Azərbaycan Ordusunun düşmənə layiqli cavab verməsi insanlarımızda ruh yüksəkliyi yaratdı. Gənclərimiz ordumuza və Ali Baş Komandana dəstək aksiyasına qoşuldular. Minlərlə gənc Prezident İlham Əliyevin çağırışına qoşularaq könüllü orduya yazıldı. Bu da onu göstərir ki, xalqımız dövlətinin və onun rəhbərinin yanındadır”, - deyə Məlahət İbrahimqızı vurğulayıb.

Deputat deyib ki, Ermənistan gec-tez danışıqlar masası arxasına oturmalı, işğal etdiyi torpaqları boşaltmalıdır. Bunu beynəlxalq hüquq və ələlxüsus da, BMT-nin qətnamələri tələb edir.

M.İbrahimqızı Tovuz döyüşlərində Serbiyanın Ermənistana silah-sursat göndərməsi məsələsinə də münasibət bildirib: “Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri kimi bu məsələyə ciddi etiraz etmişəm. Hətta məktub da göndərmişəm. Hesab edirəm ki, Azərbaycanla ciddi strateji əlaqələri olan bir ölkənin hansı səbəbdən olursa olsun, bu cür addım atması bağışlanmazdı. Biz ən çətin anlarda onlara həm maddi, həm də siyasi dəstək göstərmişik. Kosovonun müstəqilliyini tanımayan ölkəyik. Beynəlxalq təşkilatlar səviyyəsində də daima Serbiyanı dəstəkləmişik. Bizim xalqımız və ölkəmizin rəhbəri etibarlılığa böyük önəm verir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır