ELM VƏ TƏHSİL
Memarlıq və İnşaat Universitetinin adı bu il də beynəlxalq reytinq sisteminə daxil edilib
Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) bu il bir daha U-Multirank beynəlxalq reytinq sisteminə daxil olub.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, universitet Avropa ekspertləri tərəfindən qiymətləndirilib və 6 göstərici üzrə yüksək nəticə əldə edərək “A” kateqoriyasını alıb.
Qeyd edək ki, U-Multirank Avropa İttifaqı tərəfindən yaradılan ən böyük beynəlxalq reytinq sistemidir. AzMİU 2015-ci ildən hər il ənənəvi olaraq bu reytinq sisteminə daxil olur. 2020-ci il üçün 92 ölkədən 1759 universitet bu bazaya daxil olmaq imkanı əldə edib. Universitetlər ekspertlər tərəfindən “A” (çox yaxşı) və “E” (qeyri-kafi) kateqoriyaları üzrə qiymətləndirilir.