“MƏNİM VƏTƏNİM - AZƏRBAYCAN” KİTABININ TƏQDİMATI
M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasında məşhur həmyerlimiz, görkəmli dövlət xadimi, keçmiş SSRİ Nazirlər Soveti sədrinin müavini, Sosialist Əməyi Qəhrəmanı, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Nikolay Baybakovun “Mənim vətənim - Azərbaycan” kitabının təqdimat mərasimi keçirilmişdir.
Mərasimi kitabxananın direktoru Leyla Qafurova açdı.
“Azərbaycanın övladları” ədəbi seriyasının baş redaktoru, Zərdabi mükafatı laureatı, professor Viktor Tatarenkonun “Nikolay Baybakov Azərbaycan xalqının tanınmış oğludur” mövzusunda məruzəsi dinlənildi. Sonra moskvalı qonaq P.Şenşin, filologiya elmləri doktoru, professor H.Quliyev, Suraxanı rayonu rus icmasının sədri V.Koçetkova, dövlət kitabxanasının direktoru L.Qafurova, Mədəniyyət Nazirliyinin şöbə rəisi, şair Çingiz Əlioğlu, Azərbaycan-Rusiya Dostluq Cəmiyyətinin məsul katibi O.Vəliyev və başqaları çıxış etdilər.
Natiqlər bildirdilər ki, görkəmli həmyerlimizin oxuculara təqdim olunan kitabı Azərbaycan ilə Rusiya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına, respublikamızın xaricdə daha yaxşı tanıdılması işinə xidmət edir. Azərbaycanın sosial-iqtisadi inkişafından, o cümlədən neft sənayesinin keçdiyi yoldan bəhs edən kitabda Böyük Vətən müharibəsi illərində alman faşizmi üzərində qələbənin qazanılmasında Bakı neftçilərinin əvəzsiz xidmətləri xüsusi vurğulanır.
Müəllif dövrümüzün görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Prezidenti Heydər Əliyevin şəxsiyyətindən böyük səmimiyyətlə söhbət açır.
Mərasim iştirakçıları tərəfindən böyük maraqla qarşılanan “Mənim vətənim - Azərbaycan” kitabının nüsxələri kitabxanaya hədiyyə edildi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:32]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]
Kətanda əbədiləşən Azərbaycan sevgisi
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:44]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:38]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [17:37]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:30]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:28]
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib
- 07.08.2026 [17:17]