Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mənzil İnşaatı Dövlət Agentliyi 10 ildir vətəndaşlara xidmət edir

Bakı, 14 aprel, AZƏRTAC

Mənzil İnşaatı Dövlət Agentliyinin yaranmasının 10 illiyi münasibətlə agentliyin rəhbərliyi və kollektivi tərəfindən Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib. Bununla yanaşı, qurumun kollektivi Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş həmvətənlərimizin məzarlarını ziyarət ediblər.

Qurumdan AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə ölkə vətəndaşlarının mənzil-məişət şəraitini yaxşılaşdırmaq, güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaratmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli yaşayış binalarının tikilməsini təmin etmək məqsədilə yaradılan Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətə başlamasının 10-cu ildönümü ilə əlaqədar qurumun inzibati binasında tədbir keçirilib.

10 illik fəaliyyətin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunan iclası giriş sözü ilə Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov açdı. O, qurumun yaradılmasının 10-cu ildönümü, həmçinin 10 aprel — İnşaatçılar Günü münasibətilə həmkarlarını təbrik edərək ötən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

S.Sadıqov bildirib ki, Azərbaycan vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim ölkə başçısının diqqət mərkəzindədir. Əhalinin güzəştli şərtlərlə mənzillərlə təmin edilməsi məsələsinə Prezident tərəfindən ayrılan xüsusi diqqətin daha bir göstəricisi 2016-cı il 11 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması olub.

Sadiq Sadıqov qeyd edib ki, əhalinin güzəştli şərtlərlə mənzillərə sahib olmasını təşkil etmək məqsədi ilə 10 illik fəaliyyəti dövründə agentlik Bakıda və regionlarda ümumilikdə 19 layihəyə başlayıb. Bunlardan 16-sı güzəştli mənzil layihəsi, 3-ü isə Qarabağa “Böyük Qayıdış” çərçivəsində icra olunan layihələrdir.

Güzəştli mənzil layihələrindən 8-nin inşası tamamlanıb, 8 layihənin icrası isə hazırda davam etdirilir. Tamamlanmış layihələr — Yasamal Yaşayış Kompleksi, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi, Hövsan Yaşayış Kompleksi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt şəhərində 2 layihə, Gəncə Yaşayış Kompleksi, və Lənkəran Yaşayış Kompleksidir.

İnşası tamamlanmış layihələrdə 12 minə yaxın mənzil, 5 məktəb, 9 uşaq bağçası, 1 müasir tibb mərkəzi və 1 ticarət mərkəzi tikilib. Bu komplekslərdəki mənzillər həm “Güzəştli mənzil” sistemi vasitəsilə, həm də dövlət sifarişi əsasında vətəndaşlara təqdim edilib. Beləliklə, 10 il ərzində agentliyin layihələrindən ümumilikdə 11 mindən çox ailə mənzil əldə edib.

Vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər tam təmirli olur, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilir. Mənzillərin satışı həm güzəştli ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə həyata keçirilir. Mənzillərin satışı prosesində güzəştli ipoteka kreditlərinin verilməsi “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsini bağlamış agent banklar vasitəsilə həyata keçirilir. Hazırda güzəştli ipoteka kreditlərinin verilməsi məqsədilə 12 agent bank ilə əməkdaşlıq edilir.

Çoxmənzilli binaların layihələndirilməsi və tikintisi Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) və qanunvericiliyinin tələblərinə uyğun, həmçinin bu sahədə aparıcı beynəlxalq təcrübə nəzərə alınmaqla reallaşdırılır.

Yaşayış komplekslərinin ərazisində çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şəraitin yaradılması məqsədilə geniş həyətlərin, yaşıllıq zonalarının, uşaq meydançalarının, sosial infrastruktur (məktəb, uşaq bağçası və s.) obyektlərinin layihələndirilməsi və tikintisi həyata keçirilir. Eyni zamanda, müasir şəhərsalma prinsiplərinə uyğun olaraq nəqliyyat infrastrukturu yaradılır, ictimai nəqliyyat sisteminə inteqrasiyası təşkil edilir, piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkəti təmin olunur. Sakinlərin avtomobillərinin saxlanması üçün parklanma yerləri də ayrılır. Fiziki imkanları məhdud insanların rahat hərəkətini təmin etmək üçün zəruri infrastruktur yaradılmasına və sakinlərin sağlam həyat tərzini təmin etmək üçün velosiped yollarının salınmasına xüsusi diqqət yetirilir.

İcrası davam etdirilən 8 layihədən Binəqədi, Şirvan və Yevlax yaşayış komplekslərinin tikintisi isə artıq başa çatmaq üzrədir. Saray, Hövsan (2,31), Hövsan (5,83) layihələri isə hazırda icra edilir. Naxçıvan Yaşayış Kompleksinin layihələndirilməsi tamamlanmaq üzrədir, Şəmkir yaşayış kompleksinin layihələləndirilməsi isə davam edir. Bu layihələrdə 6 mindən çox mənzilin, 2 məktəbin və 5 uşaq bağçasının tikilməsi nəzərdə tutulub. Həmçinin güzəştli mənzillərin tikilməsi məqsədilə Salyan şəhərində yeni torpaq sahəsi agentliyin sərəncamına verilib.

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən ölkənin regionlarında güzəştli mənzillərin tikintisi məqsədilə əhalinin mənzil ehtiyacının öyrənilməsi və müvafiq torpaq sahələrinin müəyyənləşdirilməsi istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirilir.

Sadiq Sadıqov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri sürətlə həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur tamamilə yenidən qurulur, ən müasir infrastruktur yaradılır, yeni yollar, hava limanları, elektrik stansiyaları tikilir, ağıllı kəndlər, qəsəbələr və şəhərlər salınır. Qarabağa və Şərqi Zəngəzura “Böyük Qayıdış” çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarında daimi məskunlaşması üçün ölkə başçısının tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən yaşayış kompleksləri inşa olunub, Xocalı şəhərindəki yaşayış binaları isə əsaslı təmir edilib.

Ümumi sahəsi 8,9 hektar təşkil edən Füzuli Yaşayış Kompleksi 38 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 846 mənzil var. İnşası başa çatmış Füzuli Yaşayış Kompleksində artıq ailələrin daimi məskunlaşması təmin edilib. 2023-cü il avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşüblər, həmçinin mənzillərə baxış keçiriblər.

Cəbrayıl Yaşayış Kompleksinin də inşası başa çatdırılıb və 2024-cü il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarları təqdim olunub. 7,87 hektar torpaq sahəsində yerləşən Yaşayış kompleksi 33 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 712 mənzil var.

Həmçinin, agentlik tərəfindən Xocalı şəhərində 3,34 hektar ərazidə yerləşən 180 mənzildən ibarət 15 ədəd 3 mərtəbəli yaşayış binası əsaslı təmir edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva 2024-cü il may ayının 28-də yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Bununla yanaşı, Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Azərbaycan hökuməti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində zərər çəkmiş yaşayış məntəqələri üçün yeni məhəllə tikintisinə dəstək verib. Türkiyə hökumətinin dəstəyi ilə layihə ərazisi “Azərbaycan Məhəlləsi” adlandırılıb. Azərbaycanın icraçı qurumu qismində Mənzil İnşaatı Dövlət Agentliyi fəaliyyət göstərir. Agentlik tərəfindən “Azərbaycan” məhəlləsində ibtidai məktəb və uşaq bağçası binası, həmçinin 4 yaşayış məhəlləsi inşa edilərək təhvil verilib. 2025-ci il iyun ayının 19-da “Azərbaycan” məhəlləsində yerləşən mədəniyyət mərkəzinin təməli qoyulub.

Agentliyin fəaliyyəti ilə bağlı önəmli hadisələrdən biri də mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin real vaxt rejimində qeydiyyatının aparılması və mənzillərin güzəştli şərtlərlə satışını təmin edəcək elektron sistemin yaradılması olub. Bu məqsədlə “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemi yaradılıb və 2017-ci il mayın 30-dan müraciətlərin qeydiyyatına başlanılıb. Ötən müddət ərzində 45 mindən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək, həmin şəxslər üçün elektron kabinetlərin yaradılması təmin olunub. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər.

Agentlik öz fəaliyyətində qabaqcıl beynəlxalq təcrübənin nəzərə alınmasına xüsusi əhəmiyyət verir. Bununla əlaqədar olaraq uyğun qiymətə mənzillərin tikintisi sahəsində çoxillik təcrübənin öyrənilməsi məqsədilə agentliyin nümayəndələrinin 2016-cı ildə Türkiyəyə, 2019-cu ildə İsveçrəyə, 2020 və 2023-cü illərdə Amerika Birləşmiş Ştatlarına, 2017 və 2026-cı illərdə isə Sinqapura işgüzar səfəri təşkil edilib. 2020-ci ildə Nyu-York şəhərində keçirilən “Evsizliyin aradan qaldırılması məqsədilə hər kəs üçün uyğun qiymətə mənzil təminatı və sosial müdafiə sistemləri” mövzusuna dair BMT-nin Sosial İnkişaf üzrə Komissiyasının 58-ci sessiyasında agentliyin iştirakı təmin edilib. Sessiyadakı çıxışda Azərbaycan hökumətinin sosialyönümlü siyasəti, habelə MİDA-nın bu siyasətin həyata keçirilməsində fəaliyyəti, icra olunan layihələri, “Güzəştli mənzil” elektron sistemi barədə məlumatlar verilib.

Ötən müddət ərzində agentlik ictimaiyyətin dəqiq, ətraflı və operativ məlumatlandırılmasını təşkil etmək məqsədilə media ilə sıx və səmərəli əməkdaşlıq edib. Həmçinin agentliyin rəsmi internet səhifəsi və sosial şəbəkələrdə olan səhifələri vasitəsilə məlumatlar paylaşılıb, inşa olunan layihələrə mediaturlar təşkil olunub.

Fəaliyyəti dövründə agentlik tərəfindən müxtəlif sosial və ekoloji aksiyalar da təşkil edilib. Bu tədbirlər çərçivəsində dövlətin sosial siyasətinə dəstək məqsədilə xeyriyyə fondlarına ianələr edilib, şəhid ailələri, müharibə veteranları, aztəminatlı ailələrə yardımlar paylanılıb. Bununla yanaşı müxtəlif vaxtlarda ağacəkmə aksiyaları keçirilib.

Tədbirdə hesabat məruzələri ilə çıxış edən agentliyin digər vəzifəli şəxsləri də 10 il ərzində müvafiq sahələrdə görülmüş işlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda 3698 şagird məzun olub

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub