RƏSMİ XRONİKA
Mərakeşin Kralı VI Məhəmməddən
Zati-aliləri, əziz qardaşım,
Azərbaycanın milli bayramı 28 May - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan, Sizə cansağlığı və xoşbəxtlik arzulamaqdan böyük məmnunluq duyur, xalqınıza isə davamlı tərəqqi və çiçəklənmə diləyirəm.
Fürsətdən istifadə edərək, xalqlarımızı birləşdirən İslami qardaşlıq münasibətlərinə, həmçinin ölkələrimiz arasındakı əməkdaşlıq və həmrəylik əlaqələrinə böyük önəm verdiyimi vurğulamaq istərdim.
Xalqlarımızın və bütün müsəlman aləminin mənafeyi naminə qarşılıqlı maraqlarımıza uyğun olaraq əlaqələrimizin inkişaf etdirilməsində Zati-alinizlə birgə çalışmaqda maraqlı olduğumu bildirmək istərdim.
Səmimiyyətlə,
VI Məhəmməd
Mərakeşin Kralı