Mərkəzi Bank Qubada maliyyə savadlılığı təlimləri keçirib
Bakı, 19 dekabr, AZƏRTAC
Mərkəzi Bank "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin "Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması" adlı hədəfinin icrası ilə əlaqədar Quba şəhərində bir qrup tələbə-gənclər və təqaüdçülər üçün növbəti tədbirlər keçirib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, Mərkəzi Bankın Quba Regional Mərkəzində təşkil etdiyi təlimlərdə "Üçüncü Bahar" sosial layihə iştirakçıları olan təqaüdçülərdən və Quba Dövlət Sosial-İqtisadi Kollecinin tələbələrindən ibarət iştirakçılara pulun təhlükəsizlik elementləri, bank əməliyyatları, pulköçürmələri və kredit və zaminlik mövzularında təlimlər keçirilib, Maliyyə savadlılığı portalı (bizimpullar.az) və Virtual Təhsil platforması (edu.e-cbar.az) haqqında məlumatlar verilib. Mövzular ətrafında müvafiq animasiyalar nümayiş etdirilib, müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, "Üçüncü Bahar" sosial layihə iştirakçıları olan təqaüdçülər cari ildə pilot hədəf qrupu kimi maliyyə savadlılığı tədbirlərinə cəlb olunublar. Onların bu istiqamətdəki maraq və həvəsini nəzərə alaraq növbəti illərdə də təqaüdçülərlə maliyyə maarifləndirilməsi işlərinin aparılması planlaşdırılır.
Mərkəzi Bank sözügedən Strateji Yol Xəritəsinin icrası ilə əlaqədar cari təşəbbüslərini genişləndirərək, hədəf qruplarına yönəlmiş müxtəlif tədbirləri gələcəkdə də davam etdirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:18]
Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub
- 15.06.2026 [12:09]
Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib
- 15.06.2026 [10:36]
Qəbələdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
- 15.06.2026 [10:00]
Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb
- 14.06.2026 [23:41]
Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb VİDEO
- 14.06.2026 [20:46]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [16:23]
Oğuzda Milli Qurtuluş Günü qeyd olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]