Mərkəzi Bankın sədri idxal inflyasiyasına azaldıcı təsir göstərən əsas amili açıqlayıb
Bakı, 31 yanvar, AZƏRTAC
Ötən il valyuta bazarında tarazlıq inflyasiya idxalının məhdudlaşmasında xüsusi rol oynayıb. 2023-cü ildə Mərkəzi Bankda keçirilmiş valyuta hərracının 92 faizində təklif tələbi üstələyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
"Bu dövrdə manatın nominal effektiv məzənnəsi 19,3 faiz bahalaşıb ki, bu da idxal inflyasiyasına azaldıcı təsir göstərən əsas amildir. Ümumilikdə, 2023-cü ildə Mərkəzi Bankın valyuta bazarında alışyönlü müdaxiləsinin həcmi 2,1 milyard dollar olub. Valyuta alışları bank sistemində likvidliyin artmasına şərait yaradıb. Manatla pul bazası ümumilikdə 2023-cü ildə 19,6 faiz artıb ki, bunun da 14,6 faiz bəndi dekabr ayında baş verib”, - deyə T.Kazımov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [15:10]
Dünyada dizel yanacağı ucuzlaşacaq
- 10.10.2026 [11:09]
Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb
- 10.10.2026 [11:00]
Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO
- 10.10.2026 [10:27]
Dünya birjalarında neftin qiyməti artıb VİDEO
- 10.10.2026 [08:29]
Kənd təsərrüfatı naziri Çində səfərdədir
- 09.10.2026 [21:16]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [20:29]