ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxananın onlayn “Vikipediya” təlimləri davam edir
Bakı, 11 may, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin gənclərlə iş ixtisasında təhsil alan magistrlər mayın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının onlayn "Vikipediya" təlimlərində iştirak ediblər.
Mərkəzi Elmi Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təlimlər kitabxananın "Vikipediya" təlimçisi Mülayim Əmirli tərəfindən keçirilib. Onlayn təlimlərdə iştirak edən tələbələr təlimlərdən sonra “Vikipediya”nın Azərbaycan və xarici dil bölmələrində fəaliyyət göstərəcəklər.
Xatırladaq ki, xüsusi karantin rejimində Mərkəzi Elmi Kitabxananın onlayn “Vikipediya” təlimləri davam edir.