MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
5-də Azərbaycan Respublikasının Mərkəzi Referendum Komissiyasının səlahiyyətlərini yerinə yetirən Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur. İclasa Məzahir Pənahov sədrik etmişdir.
Əvvəlcə bələdiyyələrə yeni seçkilərin keçirilmə vaxtının dəyişdirilməsi məsələsinə baxılmışdır. Komissiya “Azərbaycan Respublikasında sıradan çıxmış bələdiyyə üzvlərinin yerinin tutulması üçün yeni seçkilərin keçirilməsi haqqında” Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 21 iyun 2002-ci il tarixli 85/303 saylı qərarını dəyişərək seçkilərin keçirilməsi gününün 2 noyabr 2002-ci ilə təyin edilməsini qərara almışdır.
İclasda “Referendum haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi məsələləri ilə bağlı işlənib hazırlanmış təlimatların və digər normativ sənədlərin layihələri müzakirə edilərək təsdiq olunmuşdr. Komissiya Azərbaycan Respublikasında ümumxalq səsverməsinin (referendumun) keçirilməsi ilə əlaqədar sənədlərin nümunələrini təsdiq etmişdir.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 38 saylı Sumqayıt birinci seçki komissiyasının üzvü Taryel Saleh oğlu Hacıyev, 68 saylı İmişli dairə seçki komissiyasının üzvü Nizami Məcid oğlu Məmmədov öz ərizələri əsasında komissiya üzvlüyündən azad edilmişlər. Məzahir Salman oğlu Süleymanovun 38 saylı Sumqayıt dairə seçki komissiyasının, Səttar Sərxan oğlu Atakişiyevin 68 saylı İmişli dairə seçki komissiyasının üzvü təyin edilmələri qərara alınmışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti