MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 20-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiya namizədlikləri özləri tərəfindən irəli sürülmüş Arif Həsənqulu oğlu Əliyevin və Əli İsa Hacı oğlu Ağaevlinin Azərbaycan Respublikası prezidentliyinə namizədliklərinin təsdiq olunması haqqında qərar qəbul etmişdir.
Sonra MSK-nın katibi Natiq Məmmədov bəzi normativ xarakterli aktların qəbuluna dair məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası həmin aktların qəbulu ilə bağlı qərar çıxarmışdır.
MSK bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]